Cəbrayıl şəhərini azad etmək uğrunda qızğın döyüş gedir. Birazdan şəhərə girəcəyik. 5 dəqiqə fasilə vermişik ki, özümüzə gələk. Hamımız ölümü gözə almışıq. Bilirik ki, burdan sağ çıxmamaq da var. Dostlarla halallaşdıq, bir-birimizə vəsiyyətlərimizi etdik. Dedim son dəfə evdəkilərdən danışım, səslərin eşidim. Nə isə yoldaşlardan prostoy telefonu alıb evi yığdım. Telefonda diktofondadı hamı eşidir. Mamam götürdü. Dedim “Mama, necəsən? Çox danışa bilməyəcəm. Nigaran olma hər şey yaxşıdır. Haqqını halal elə. Məndən də hamıya salam de”
Mamam da qayıdıb deyəsən ki, ə ölüb zad eləmə. Gültəkinin qızını alacam sənə. Papan papası ilə söz kəsib. Ayıfdı. Üzü qara eləmə bizi.
Dedim mama, Gültəkin kimdir? Başladı danışmağa ki, bəs sən uşaq olanda qonşuluqda Bəxtiyar əmi var idi ee ailəlikcə Dağıstana köçmüşdülər haa bax onların qızı.
Dedim yaxşı, mama oldu, sağ ol. Telefonu adboy verəndən sonra Bəxtiyarla Gültəkini söyə-söyə erməniləri qırmışam. Dedim bu Gültəkini görmədən mənə ölüm yoxdu eee. İndi uşaqlarla aramızda tema olub. Hücumun adı qaldı Gültəkin əməliyyatı.
Daxil olun
Daxil olun
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Əvvəlki yazı
Növbəti yazı
Şərhlər bağlıdır.