Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Bozdağın ətəyində

1945-ci ilin yayından 11 noyabr 1948-ci ilədək indiki Mingəçevirin ərazisində baş verənlərə qısa səyahət

Bir yay gecəsində

Sultan kişi inana bilmirdi ki, bu həqiqət ola. Hələ müharibədən xeyli qabaq da belə bir xəbər çıxmışdı, amma söz olaraq qalmışdı.

Çox fikirləşdi. Axırda öz-özündən soruşdu ki, yəni davam gətirə bilərlərmi? İslam İslamzadə kimi özünü təqdim edən qonağın üz-gözündən arxayınlıq yağsa da, şübhələri Sultan kişini rahat buraxmırdı.

Evdə bürkü idi deyə həyətə düşdü. Yuxu qabağı bir az təmiz hava udmaq istəyirdi. Həm də baxdı ki, ağılın ağzı bağlıdırmı? Bir yarpaq belə tərpənmirdi. Neçə gün idi ki, istidən təntimişdilər. Gecə də nəfəs almaq çətin idi.

Gündüzlər nahar üçün iri ərik ağacının altına yığışardılar. Oraya bir stol va yan-yörəsinə beş-altı kötük qoyulmuşdu. Kötüklərin birində oturub, dirsəklərini stola söykədi. Yumruqlarını bir-birinə sıxıb, çənəsinə dayadı. Beləcə, yenə o xəbəri xatirindən keçirdi. Sonra düşündü ki, kolxozdan getmək istəyən həmkəndlisinin traktorunu kimə versin? Dünən yanına gələnəmi? Başıaşagı, üzüyola oğlandır. Bir az ləng tərpənməsə, ona çatan olmaz. Amma kolxozdan getmək istəyənin qardaşı da pis uşaq deyil. Od parçasıdır. Bütün ailənin yükünü boynuna götürüb. Çox güman ki, şəhərə gedən qardaşından ona və ailələrinə əl uzadan olmaz. Anası neçə ildir yataqdan qalxa bil- mir. Atası isə beş-altı ay olar ki, qospitaldan çıxıb. Hər iki qolunu itirib. Aman Allah, qolla yarışmada hamıya qalib gələn bir adamı qolsuz təsəvvür etmək nə qədər ağırdir…

 

Şəhərdən gəlmiş qonaq

Maşın səsi gəldi. Bir azdan uğultu kəsildi. Qapıdan çox da uzaq olmayan hində əvvəl çil xoruz banladı, ardınca toyuqların qaqqıltısı eşidildi. Sultan kişi yaşına məxsus ağır yerişini unudub, darvazaya yaxınlaşdı:

-Kimdir orda?

-Qonağıq.

Gələnlərin sifəti yaxşı seçilmirdi. Qarşısındakı hündür kişi idi, yanında da başqa bir nəfər dayanmışdı. Üç-dörd addım aralıda qaraltı göründü. Diqqətlə baxanda maşın olduğunu sezdi.

-Qonaq Allah qonağıdır. Gözümüz üstə yeriniz var. Buyurun, xoş gəlmisiniz.

Həmişə kəndin ən hörmətli qonağı kolxoz sədri Sultan Süleymanovun evinə düşərdi. Bu evdə heç vaxt kiminsə vaxtsız gəlməsi barədə söhbət getməzdi. Soyuqlar düşənədək həyətdə oturardılar. Elə indi də məhlədə əyləşdilər. Təzəcə söhbətə başlamışdılar ki, bir qadın göründü, “Xoş gəlmisiniz” dedi və getdi samovarı qalamağa.

Kəkotulu çayı içdikcə uzun və həndir-hündür yoldakı yorğunluqlan canlanından çıxırdı. Çolpa çığırtmasının da dadına söz ola bilməzdi. Tələsik hazırlansa da yaxşı bişmişdi.

Söz-soza calandı.  Qonaqlar əvvəldən mətləbi bildirmişdilər. Amma Sultan kişi da inadından dönmək istəmirdi. Nəhayət üzə vurdu:

-İnanmıram qərar tutasınız. Bu yerlərdə sizin kimi şəhərli oğlanlar çətin tab gatirə. Dəli Kürün də ağzını yummaq olarmı?

-Özümüzə arxayın olmasaq, gəlməzdik.

-Yəni yer tapmırsınız iş görməyə? Nə var istidən qovrulmuş qanqal kollarının arasında? O boyda düzənlikdə gözünüzə bir ins-cins dayirmi? Əsrlərlə ora insan ayağı toxunmayıb. Addım başı ilan, hər yan bataqlıq. Hələ Kür daşanda görüm onun qarşısında necə duruş gətirəsiniz?

Gələnlərin böyüyü – Islamzada istədi deyə ki, elə bilməyin Kür çayının qüvvəsinə bələd deyiləm. Axı neçə il əvvəl burada işləmişdi. Mingəçevirdən Zərdaba qədər sahədə daşqına qarşı mübarizə aparan qərargaha rəhbərlik edirdi. Qərargah Ağdaş rayonunun Kotavan kəndində yerləşirdi.

Sultan kişi yaxşı başa düşürdü ki, Mingəçevir kəndindən başqa yaxında heç bir yaşayış məntəqəsi yoxdur. Buna görə də Kürün qarşısını kəsməyə gələnlərin bu kənddəki kolxozun yardimna ehtiyacı olacaqdı. Ola bilsin ki, inşaatın da kolxoza xeyri dəyəcək. Qiş uzunu nə qədər adam boş-bekar evdə oturur, amma gedib tikintidə işləyər, pul qazanar.

-Deməli, qonşuluğumuza köçürsünüz,-gülümsündü:  “Qonşu-qonşuya tən gərak” dedi. Və ev sahibəsini səslədi ki, qonaqlanın yerini salsın.

 

Uzun və narahat yol

Bozdağın ətəyinə doğru iraliləyən taxta kabinkalı köhnə maşın elə hey uzanan çala-çuxur torpaq yol ilə gah asta, gah da sürətlə hərəkət edir, arxasınca qalın toz dumanı buraxırdı. Surət azaldıqca maşın özü bu dumanın içində itir-batır, ətraf tamamilə görünməz olurdu. Maşın yenə qabağa keçir, atraf aydınlaşırdı. Maşındakılar hələ nəfəslərini dərməmiş təzədən toz-dumanın içinə düşürdülər.

İstidən tərləmişdilər deyə üz-gözlərinə qonan toz saqqız kimi yapışıb qalır, sifətlərinin gümrahlığını, təravətini itirirdi. Yadlarına gəlmirdi ki, kənddə hətta yığım vaxti belə kökə düşələr. Qurtarmaq bilməyən yolun əzabını unutmaq üçün elə hey zarafat edir, gülüşürdülər. Qarabuğdayı, ağır cüssəli oğlanın söylədiyi lətifələrə aludə olmuşdular. Buna görə də maşının atıb-tutmasından çox da incimirdilər.

-Yaman yerdə axşamladıq, – bayaqdan ağzına su almış kimi oturan və yalnız arabir başını tərpədən gənc səsini çıxardı. Başını təzəcə qırxdırmışdı, iri gözləri enli sifətində çox da böyük görünmürdü. Alnı dümdüz idi, həm də krem çəkilmiş kimi sığallı idi.

Nəhayət, çətin yol başa çatdı. Yaxınlıqda bir neçə çadırdan başqa heç bir şey gözə dəymirdi. Xeyli aralıda bir dəstə adam yer qazırdı.

 

İlan məlǝyǝn boz çöllərdə

Onlara yaxınlaşıb,  salam verən adamın inşaatın boyüyü olduğunu başa düşdülər. O, özünü təqdim etməmisdən qabaq yeniyetmə və gəncləri  əməlli-başlı süzdü. Hətta birinə subhəli nəzərlərlə baxdı. Yəqin ki, ondan gözü su içmirdi.

Zənni heç vaxt onu aldatmazdı. Əvvəllər başqa yerlərdə işləyərkən bərk ayaqda aradan çıxanları yadına saldı: “Təki qalsın. Amma inanmıram. Bəlkə də uyğunlaşa. Çox çətin ki… Qəti hökm də verə bilmərəm. Bu uşaqlar nə deyərlər? Vaxt gələr, özləri ayırd edərlər. Amma xəbərdarlıq etməliyəm ki, buraya yağ-bal içində üzməyə gəlməyiblər. Yorğan-döşək üzlərini də günaşırı dəyişdirən olmayacaq. Hələlik qazmalarda yaşayacaqlar. Hər halda mənzil tikilməsinin üstünə  möhkəm düşməliyik. Şərait yarat, sonra adamlardan is tələb elə… Hala ağcaqanadların sancması…”

Düşündüklərini dilinə gətirmədi. Lakin nə isə danışmalıydı. Çünki onu gözləyirdilər.

-Hə, madam ki, işləməyə galmisiniz, başlayaq. Narahat olmayın, lapatkamız hamınıza çatacaq.

-Kürün qarşısını bellə, torpaq tökməklə kəsəcəyik? – bayaqkı gənc təəccübünü gizlədə bilmədi.

-Nə danışırsınız, hələ bura nəhəng maşınlar, mexanizmlər gətiriləcək. Hər biri üç-dörd yüz adamın işini görür.

Fikirləşirdilər ki, yəqin bir neçə gün istirahət edəcəklər. Amma maşından düşən kimi heç nəfəslərini dərməmiş onlara iş tapdılar. Paltarlarını soyunub, kambinezon geyməkləri on-on beş dəqiqə çəkmədi. Bayaqdan onları rəğbətlə süzənlərə qoşuldular. İçməli suyu töküb saxlamaq üçün quyular qazırdılar. Onlar da sıraya düzülüb, vedrə ilə Kürdən su götürməklə bir-birinə ötürməyə başladılar.

Bir azdan axşam düşdü. Çadırlara yollandılar. Elə yorulmuşdular ki, ağızları söz tutmurdu. Yataq yerləri narahat olsa da heç biri bunu hiss edəcək vəziyyətdə deyildi. Az keçmədən hamı rahat yorğan-döşəkdə yatmış kimi yuxuya getdi.

 

“Qara fəhləlikdən bir iş çıxmaz”

Səhər Bozdağın ətəyi tamam başqa idi. Gecə yağış yağmışdı. Adamlar yeridikcə az qala dizəcən palçığa batırdılar. Gün qızdıqdan sonra isə bataqlıqlarda yuva salmış ağcaqanadlar yenidən ətrafı bürüdü.

Ekskavatorçular çatışmirdı. Doğrudur, Rusiyadan bu peşəni bacaran adamlar gəlmişdi, onu yerlilərin bir neçəsinə də öyrətmişdilər. Amma işin bulaq kimi qaynadığı bir vaxtda dərd çox idi, həmdərd isə az.

İslamzadə məsələni belə qoymuşdu: “Qara fəhləlikdən bir iş çıxmaz”. İnşaatçılarla hər dəfə görüşərkən deyirdi: “Hə, nə fikirdəsiniz? Cavan uşaqlarsınız, niyə bir babat sənətə yiyələnmirsiniz? Sizin üçün kurslar da açmışıq…”

İslam İslamzadə kadr hazırlığı şöbəsinin rəisi Tağıyeva tapşırmışdı ki, ekskavator işləri sahəsi üçün ixtisaslı işçilər hazırlamaq məqsədilə 75-90 nəfərlik üç kurs təşkil etsin. Bir kursu yerli əhalidən toplamaq qərara alınmışdı. Burada dərslər Azərbaycan dilində aparılırdı.

-Təlimatçılar üçün dərhal Moskva ilə, Bakı ilə əlaqə saxlayın…

Ekskavator sahəsinin rəisi Qusov tikinti rəisinin sözünün arxasında nəyin dayandığını gözəl anlayırdı. Çünki Mingəçevir su mərkəzinin birinci növbəsinin işə salınması üçün ekskavatorlar böyük iş görməliydilar. Təxminən 25 milyon kub metrə qədər torpaq onların qüvvəsi ilə qazılıb çıxarılmalıydı.

 

Çətin vəziyyət

Baş mexanik Baranov səhra emalatxanasını lazımi dəzgah və avadanlıqlarla bir yerdə təşkil etməliydi. Konkret müddət də qoyulmuşdu. Hətta bu haqda fəallar yığıncağında da danışılmışdı. Söz vermişdi, amma…

Ehtiyat hissələri, yanacaq çatışmırdı. Ekskavatorçular həm də ona görə boş dayanmalı olurdular ki, nəqliyyatla təminat yanıtmaz idi. At-nəqliyyat idarəsinin qüvvəsi zəif idi. Yeni dəmiryol xəttinin çəkilişi qurtarsaydı, əlavə paravozların işə buraxılmasına şərait yaranardı.

-Adamları ekskavatorçuluğa maraqlandırmalıyıq. Ekskavator sürənlər üçün yaxşı mənzil şəraiti yaratmalıyıq.

İslamzadə deməsə də, mənzil kommunal kontorunun rəisi Məmmədov təzə tikilən birmərtəbəli evlərin ekskavatorçulara verilməsinin tərəfdarı idi. Onlar başqalanından daha çox əziyyətə qatlaşırdılar. Bir neçə gün qabaq gecə iməcilik təşkil etmişdilər. Sağ sahilə tökülmüş yanacağı tamamilə iş sahəsinə daşımışdılar. Yanacağın gecikməsi üzündən ekskavatorlar səkkiz saat dayanmışdı. Kəsiri ödəmək üçün iki növbəni dalbadal işləmişdilər. Sağ və sol sahələr, elektrik verilişi xətti, tikinti mexanizasiya bazası, xüsusilə əsas işlər və ekskavator sahələri daha yaxşı çalışırdılar.

 

“Bircə qazmadan çıxsaydıq…”

Əsas işlər sahəsinin rəisi Reşetnikov yenə qayğılı idi. Bu, onun təbiətindən irəli gəlirdi. Vəziyyətdən narazılıq etməyə dəyməzdi. Inşaatçılar paravoz deposunun tikintisini müvəffəqiyyətlə aparırdılar, Iki sahili birləşdirəcək dəmiryol körpüsünün dirəkləri yerləşdirilirdi. İki güclü buxar krani gətirilmişdi, tikinti mexanikləşdirmə bazasında sürətlə onları quraşdıırdılar. İki transformator yarımstansiyası işə salınmışdı. Bunlardan biri Samux çınqıl yatağına elektrik enerjisi verirdi. Digəri isə armatur sahəsinin həyətində qoyulmuşdu. O, gecə növbəsinə xidmət üçün idi. Güclü elektrik projektorları gecəni gündüzə çevirirdi. Kompressor stansiyası da yaxın vaxtda hazır olmalı idi.

Sahə raisi dəmiryol idarəsinə baş çəkdi. Axşamüstü idi. Bir qrup adam növbəni təhvil verir, digərləri isə qəbul edirdi. Əvvəl paravoz maşinisti Sottarovla hal-əhval tutdu:

-İşlər qaydasındadırmı?

-Narahat olmayın, yükü vaxtında daşıyıb, çatdırmışam.

-Uşaqlar narazılıq etmirlər ki?

-Bircə qazmadan çıxsaydiq, canımız dincələrdi. Otağı ha təmiz saxlayırsan, yenə nə isə iy var. Həm də nəfəs darıxır. O gün MMK rəisinin yanında idim, dedi hələ gözlə.

-Yaxın vaxtda istifadəyə veriləsi evlərdən siz də alacaqsınız. Geniş, işıqlı, rahat mənzilləri var.

-Biliram, siz tələb etməsəydiniz, bu bölgüdə də dəmiryolçuları unudacaqdilar. Çox sağ olun.

 

İşin canı

-Işin canı bizə tapşırılıb. Bunu başa düşməliyik. Hələ görüləsilər qabaqdadır. Köçürmə bazası ilə əsas sahə arasında birinci dəmiryol xəttini işə salmalıyıq. Yevlaxdan dəmiryol hərəkəti başlanacaq. Kərpic zavodunun tikintisini qısa müddətdə qurtarmalıyıq. Hələ beton zavodunun da.

Əlibəyov, Şuvayev, Bayqubəyov, Lyubimenko, Malçikova da yaxın gələrək, onların söhbətinə qoşuldular. Dəmiryolçuların fərəhlənməyə haqqı vardı. Altı ayda 442 min kubmetr plana 180 faiz əməl etmək demək idi. Maşinist Səttarov yükü mənzil başına 10 saat qabaq çatdıra bilmişdi. Onlar sahə rəisinin əksər qayğılarından xəbərsiz idilər. Reşetnikov aydın başa düşürdü ki, mürəkkəb beton təsərrüfatını hazırlamaq lazımdır. Buraya beton zavodu, sement anban, nəqliyyat və digər lazımi materialların vaxtında daşınması ilə bağlı məsələlər daxil idi.

-Mingəçevir su elektrik stansiyası uzun əsrlik bir qurğu olmalıdır. Bu isə onun inşasında işlənən materialların və görülən işin keyfiyyətindən asılıdır.

Reşetnikova məlum idi: su mərkəzinin tikintisi üçün müxtəlif növlü elementləri müayinə nəticəsində Ümumittifaq Hidrotexnika Elmi-Tədqiqat İnstitutu muəyyən edib ki, pussolan-sement tatbiq olunmalıdır.

Qazmaçılar, partladıcılar, ekskavatorçular betonçuların işləməsi üçün geniş iş sahəsi və şərait yaratmalıydılar. Beton kompleksinin hazırlanması isə lang gedirdi. Samux meşəsi və yataqlarından tam istifadə olunmurdu…

 

Elliliklə meşəyə

Hamı bilirdi ki, Samuxa su buraxılacaq. Qədim, bol bir xəzinə nə qədər ki, suyun altında qalmamışdı, onu mingəçevirlilərə çatdırmaq lazım idi. Barama qurdlarının yetişdirilməsində başlıca rol oynayan tut ağacı toxmacarlarını, palıdları, çinarları, qarağacları çıxarıb, yeni qəsəbədə əkməliydilər. Külli miqdarda əvəzedilməz yanacaq – istilik mənbəyi olan odunun daşınması inşaatçıları gözləyirdi. İşdən sonra gənclər, hətta yaşlılar meşəyə yola düşür, qollu-budaqlı ağacları kökündən çıxarıb, yaşadıqları yerə gətirirdilər. Samuxun yaşıl libasından geyən Mingəçevir çılpaqlığın daşını atırdi.

Reşetnikovun: “Gəlsənə. bu gün elliklə meşǝyǝ gedək!” çağırışına dəmiryolçular etiraz etmədilər. Birlikdə əsas işlər sahəsindəki təzə açılmış mağazaya baş çəkdilər. Almaq istədikləri şeylər çox idi, ancaq alveri sabaha saxladılar. Və şərtləşdilər ki, qayıdandan sonra yeməkxanada şam yeməyinə toplaşsınlar. Orada pürrəngi çay da içəcəkdilər…

 

Sürücü

-Siz buraları yaxşı tanıyırsınızmı?

-Tikintinin ilk daşlarını mən daşımışam. Hər yerə ovcumun içi kimi bələdəm.

Qonağı nəzərdə tutulan obyektlərə aparmaq sürücü Əvəz Əliyevə tapşırılmışdı. Əvəz Mingəçevirə göndəriləndə ordu sıralarından təzəcə tərxis olunmuşdu. Yaxşı yadındadır, qarşısına ilk çıxandan nəqliyyat rəisinin kabinetini soruşmuşdu.

-Yoldaş, yoxsa sizi də bura yollayıblar? Deyəsən əsgərdən təzə gəlirsən. Nə qədər dincəlmisən?

Yol Əvəzi yormuşdu. Həm də günün istisi yaxıb yandırmışdı. Alnından axan tər damlalarını əlilə silərək, bir qədər rahat nəfəs aldı, sonra cavab verdi:

-Bəli, təzə gəlirəm. Özüm də yol uzunu dincəlmişəm. Mən vətəni düşməndən qorudum. İndi də tikəcəyəm.

-Nəqliyyat naçalnikini neynirsan? Yoxsa şofersən?

-Özüdür ki, var. İyirmi ildir bu sənətin dalınca gedirəm.

-Hə, onda çox yaxşı oldu. Elə isə bax, o dörd maşını görürsən? Ora nəqliyyat idarəsidir. Naçalnikin kabineti isə iki yerdədir.

-Necə yəni iki yerdə?

-Bəli, iki yerdə.  Həm o çadırın altı, həm də maşınlardan birinin kabinkası, yaxud padnoşkası. Onu orada tapa bilərsən. Ay rəhmətliyin oğlu, bu qızmar səhrada gözünə bir bina dəyirmi ki, kabinet də ola? Əziz qonaqlara, bax, bu qazmada və o çadırlarda yer veririk. Özümüz isə açıq havada, torpağın üstündə uzanıb, şirin-şirin yatırıq. Sən nə qoymusan, nə axtarırsan?

-Eybi yoxdur, hər şey çətinliklə əmələ gəlir. Davada biz palçıqda, qarda yatmasaydıq, odlu güllələrə sinə gərməsəydik, qalib də gələ bilməzdik. Indi da əziyyət çəkməsək, stansiya öz-özünə yaranmayacaq ki?

-Paho, qardaş sən deyəsən mənə agitasiya eləməyə başladın. Yoxsa səni buraya agitator göndəriblər? Bəlkə partkom gəlmisən? Gəl, yaxşı tanış olaq, mən də komsomolam.

-Yoldaş komsomol, mən partkom gəlməmişəm. Lakin agitatorluq hər bir vatəndaşın şərəf işidir.

-Elə isə mən bura səndən qabaq göndərilmişəm. Əgər sən deyənləri bilməsəydim, Ismayıllının uca dağlarını, sərin bulaqlannı, inəyimizin süd-yağını qoyub, burda qərar tutardımmı?

 

Bağçakürd kǝndindən gələn qǝhrəman

Sürücü Əvəz Əliyev qonağa bildirdi ki, tikintiyə gələndə ilk qarşılaşdığı oğlan Zoğallı kəndindan idi və indi o, tikintinin tanınmış ekskavatorçularındandır. Adı Sarvandır. Qonaq da özünü təqdim etdi:

-Manya Kərimova. Qasm İsmayılov rayonunun Bağcakürd kəndindənəm. Voroşilov kolxozunda işləyiram. Manqa başçısıyam.

Başqa heç nə. Daha deməyəcəkdi ki, Sosialist Əməyi Qəhrəmanıyam. Döşündəki Lenin ordenini, “Oraq və çəkic” qızıl medalını görənlər onun kim olduğunu bilirdilər.

Əvəz elə zənn edirdi ki, Manya Kərimova tikintiyə baxmağa, işlə tanış olmağa gəlib. Amma Manya xanlmln məqsədi başqa idi. Onu sol sahildə çilingər M.Hüseynovla tanış etdilər. Çilingərin işi hamıda maraq doğurmuşdu. O, peşəsini yaxşı bacarırdı. Lakin tikintidə ona göra ad çıxarmışdı ki, səmərələşdirici təşəbbüsün müəllifi idi. Tullantı metal parçalarının toplanıb, istehsalatda işlədilməsini təklif etmişdi.

 

Kollektiv təşəbbüsə qoşulur

-Bəs səsinzə səs verən varmı?-Manya soruşdu. Hüseynov çilingər yoldaşlarından Koval və Simonovun yaxın günlərdə külli miqdarda metal toplaması barədə danışdı. İş icraçısı Əzizov isə dedi:

-Kollektivimiz bu təşəbbüsə qoşularaq, əyilmiş. qırılmış 300 metr dar dəmir yolu relsi toplayıb, onu istifadə ediləcək hala salmaq üzərində işləyir.

Sahə rəisi Mugimov məlumat verdi ki, bu il bir neçə ev, avtonəqliyyat idarəsi üçün dəmirçixana və qəsəbə soveti üçün bina tikiblər. Kərpic zavodunda qızğın iş gedir. Şevçenkonun başçılıq etdiyi kollektiv havaların alverişsiz olmasına baxmayaraq, son bir ay ərzində 51 min samanlı kərpic kəsib.

-Bu cavan oğlanı görürsünüzmü?-Başı işə qarısmış ustaya işarə etdi. – Tikintiyə iki il əvvəl, qırx altinci ilin mayında gəlib. Bir müddət zavodda gözətçi oldu. Boş vaxtlarında usta Şevçenkodan bişmiş karpic kəsməyi öyrəndi. Indi ustadır.

Mahmud Mahmudov başını qaldırıb, razılıqla gülümsündü.

 

Məktəbdə və bağçada

Manya xanım məktəbə gələndə sinif otaqlarında son dərslər keçilirdi. Məktəbin direktoru Tapdıq Mustafayevin işi başdan aşmışdı. O da müharibədən sonra inşaata göndərilmişdi. Burda beynəlmiləl orta məktəb yaratmışdı. Həmçinin fəhlə-gənclər məktəbi taşkil etmişdi. O, özü haqda danışmadı. Mariya Kuzminiçnanin (Krosnadar ölkəsindəki Korenovsk Pedaqoji Məktəbini bitirib) tikintiyə gələn qadının adını çəkdi. Bildirdi ki, o, iki sinfə dərs deyir – 76 nəfər birinci sinif şagirdinə təlim-təhsil öyrədir.

-Imtahanlara da yüksək səviyyədə hazırlaşırıq. Ümidverici uşaqlar az deyil. Hüseyn Məmmədov, Ağabala Allahverdiyev, Lyuda Koykova, Rima Berezovskaya ili əla qiymətlərlə başa vurdukar.

-Bas isti yay günlərində uşaqları nə edir? Ela buradamı qalırlar, yoxsa…

-Tikintimizin Nuxada pioner düşərgəsi var. Əksǝriyyətini ora göndərəcəyik.

Manya Karimova məktəbin sinif otaqlarına, yeməkxanasına da baxdı, uşaqların əl işləri ilə tanış oldu.

Sonra uşaq bağçasına gəldilər. Burada vəziyyət yaxşı deyildi. Bağçanın müdirəsi Q.Sayenko məsələni tikinti rəhbərliyinin qarşısında qaldırsa da…

-Cəmi iki qrup var. Tikintidə isə uşaq iki yüzdən çoxdur. Bizə azı dörd otaq lazımdır. Balacalar yataq otağında həm yatır, həm oynayır, həm də yemək yeyirlər. Söz veriblər ki, həyətə gətirib qum, çınqıl, daş tökəcəklər, amma…. Oyuncaqlanmız da demək olar ki, yoxdur. Cəmi bir patefonumuz var. Vaziyyətimizi Xaldanın maarif sobəsində yaxşı bilirlər, amma…

Tərbiyəçilər Qrivtsova və Cumaqaliyeva da müdirənin sözlərini tasdiqlədilər. Uşaqlar isə heyran-heyran onlara baxırdı.

-Mən bunları tikinti rəhbərlərinin nəzərinə çatdıraram.

Manya bunu dedi və bu an yadına düşdü ki, Mingəçevirə gələndə məqsədi qabaqcıllardan biri ilə yarış müqaviləsi bağlamaqdır.

 

Yarış müqaviləsi

Manya fikrə dalmışdı: “Sürücü Əvəz Əliyevlə yarışsınmı? Bəlkə elə Əvəzin qabağına ilk çıxan oğlanla bəhsə girsin? Dedi ki, qabaqcıl ekskavatorçudur. Demali, ən vacib işi yerine yetirir. Adi Sarvan idi…”

Sarvan əvvəl dülgər işləyirdi. Sonra Karpuninin köməkçisi oldu. Üç ay keçmiş sərbəst isləməyə başladı. Yarım ildən sonra isə ən peşəkar ekskavatorçulan geridə qoyurdu.

Hər şey bir anda baş verdi. Manya Sarvan Salmanovun ekskavatoruna qalxaraq, onun əllərini sıxdı. Buradaca yarış müqaviləsi bağlandı.

-Bu il öhdəmdə olan altı hektarlıq sahənin hər hektarından 100 sentner pambıq götürəcəyimə söz verirəm.

Sarvan isə bir müddət casıb qaldı, nə demək lazım olduğunu bilmədi. Nəhayət, özünü ələ alıb, qızara-qızara danışdı:

-Ayliq planı 200 faiz yerinə yetirməyi və llin axırınadək 50 min kub metr torpaq qazmağı öhdəmə götürürəm.

Mədəniyyət evində inşaatçıların M.Korimova ilo görüşündə də bu yarış formasi barədə geniş söhbət getdi. Söz pambıq ustasına veriləndə salonu alqışlar bürüdü:

-Respublikamızın kolxozçulan Mingəçevir su mərkəzinin tezliklə tikilib başa catdirılması ilə həddindən artıq maraqlanırlar. Onlar yaxşı başa düşürlər ki, Mingəçevir inşaatının tezliklə həyata keçirilməsi milyon tonlarla əlavə neft deməkdir, yüz min hektarlarla sahənin suvarılması və ölkənin, xalq təsərrüfatının xidmətinə verilməsi deməkdir.

 

Rayona qayıdış

Maşın Mingəçevirdən kənara uzanan yolla şütüyürdü. Əvəz maraqla söhbat edirdi. Deyirdi ki, inşaatın ilk aylarında hər səhər gün çıxmamış yola düşür və axşama kimi dayanmadan Samux yataqlarından çınqıl gotürüb, yola tökürdü. Bu, inşaatın ilk və böyük yolu olan Xaldan şosesi idi.

Ev tikməyə hələ vaxt yox idi. Qiş isə qapını kəsdirmişdi. Torpağı qazaraq, yeraltı qazmalar düzəldirdilər. Meşə materiallarını daşımaq da, taxta divarlan yerdən yüksələn, arası doldurulan və üstü örtülən ilk evlərin materiallarını bazadan gətirmək də Əvəzin öhdəsinə düşürdü. Sonra isə indi sürdüyü “Studabekker” markalı maşını vermişdilər ona.

-Stansiyanın ilk işə düşməsi gününə gələcək qonaqların da birinci dəstəsini öz maşınımla gətirəcəyəm.

-Sağlıq olsun.

Manya baxdı ki, başı söhbətə elə qarışıb, rayonlarına necə çatdığını bilməyib…

 

“Bir xal bizim xeyrimizədir”

Əsas diqqət yeni asfalt-beton zavodunun, uşaq bağçasının və yaşayış evlərinin tikintisinə yönəlmişdi. Bağçanın özülü qoyulmuş, su kəmərinin çəkilməsinə başlanmışdı. Üç və yeddi otaqlı bir neçə mənzil təhvil verilmə ərəfəsində idi.

Saha rəisi Əliyev vəziyyəti götür-qoy etdi. Cəmi bir ağ vərəq qalmıs cib bloknotunun son səhifələrindəki qeydləri izlədi, ondan asılı olmayan səbəblər üzündən yarımcıq qalmış isləri nəzərdən keçirdi.

“Deməli, belə. Yardımçı müəssisələr idarəsinə sifariş verilmiş qapı və pəncərə çərçivələri vaxtında hazırlanmayıb. Avtonəqliyyat idarəsi buraya sement va əhəng daşımağa lazım olan maşın əvəzinə adi material daşınan maşınlardan göndərib. İdarənin rəisi hər dəfa bir bəhanə gətirir. Hələ də 20 ton sement və 15 ton əhəng daşınmayıb. Kərpic çatmaması üzündən tikilib qurtarmış dörd evin sobası quraşdırılmayıb. Sağ sahilda çörək zavodu, paravoz deposu üçün su kəmərinin tikintisi üzrə layihə verilmədiyindən heç bir iş görülmür. Su mərkəzi idarəsinin istehsalat şöbəsi başçılarını isə bu hal narahat etmir. Şöbənin rəisi Roskovla dil tapmasam… Yox, dil taparam. Hələlik bir xal bizim xeyrimizədir”.

Üç gün qabaqki voleybol yarışını nəzərdə tuturdu. O, sahələrinin, Roskov da idarələrinin komandasında oynayırdı. Birinci hissəni uduzmuşdular, amma novbati hissədə rəqiblərinin gözünü açmağa imkan verməmişdilər.

İki gün idi ki, limonad zavodunun tikintisinə baş çəkməyə vaxt tapmırdı. Əslində bir həftə idi ki, orada işləyənləri başqa sahəyə göndərmişdi. Çünki material alınması problemə çevrilmişdi. Bu gün isə mal-materialı gətirmişdilər.

 

“Mingəçevir inşaatçısı” qaynaqçı Heydərdən yazıb

Qığılcımlar ətrafa od saçırdı. Dəmir dirəkləri qaynaq edirdilər, Əliyev yaxınlaşıb salam verdi. İri dəmir dirakləri üfiqi şəkildə bir-birinə qaynaq edən Heydər əlində tutqacı möhkəm sıxaraq, işi saxladı. Sifətini örtmüş maskanı üzündən götürüb, qulağına dəyən tanış səsin sahibini görmək üçün yana çevrildi. Dodaqlarından təbəssüm süzüldü.

-Hə, sizsiniz?

Heydər əvvəl at-nəqliyyat idarəsində işləyirdi Arabaçılıq edirdi. Sonra qaynaqçılıq kursunda oxudu. Üç ay ərzində bu peşəni tamam öyrəndi.

Bacısı Məleykə yaşıllaşdrma sitilliyində çalışırdı, həyat yoldaşı Leyla isə mexanikləşdirmə bazasında dəzgahçı idi. Onlar da Heydərin səyi nəticəsində qaynaqçı peşəsinə yiyələnmişdilər.

-Oğulsanmış, xəbərimiz yox.

-Başa düşmədim…

-Al, bax!

Əliyev ona tikinti qəzetinin təzə nömrəsini uzatdi. Səhifənin böyük hissəsidə “Qaynaqçı Heydər” sərlövhəli oçerk yerləşdirilmişdi. Yazının altında “Əhməd Rəsid” imzası qoyulmuşdu.

-“Mingəçevir inşaatçısı”nın redaktorudur. Neçə ildən sonra ilk qurucu, ilk qəzet redaktoru kimi sizin adlanızı, əməllərinizi, bax, belə vərəqlərdən öyrənəcəklər.

 

Kür sahilləri büsatını dəyişir

Inşaatçılar şose yolunu çəkib qurtarmışdılar. Hər iki sahili birləşdirən körpünün tikintisi davam edirdi. Sahildə bənd yerinin hazırlanmasına başlanmışdı. Oraya su monitorlan gətirilmişdi. Yararsız torpaqları yuyub, axıdırdılar.

Bu yerlər sulu çayları xatırladırdı. Əvvəllər dik dağlar ucalırdı. İndi isə uçulub tökülmüşdü. Sahil boyunca iri borular uzanıb gedirdi. Bu borular öz mənbəyini Kür çayından alaraq, güclü su gətirirdi. Bu su yüksək sürətlə torpaqları yuyub, palçıqlı su şəklində təkrar Kürə qayıdırdı.

Su ilə torpaq yuyan maşınları idarə edənlər məharətlə işləyirdilər. Onlar maşınların ağzını tez-tez bir tərəfdən digər tərəfə çöndərir, gah aşağı endirir, gah da yuxan galdıraraq, torpaq parçalarını yuyub. suya qatırdılar. Güclü su fəvvarəsinin  zərbələri altında qarşıdakı dağ iri-iri parçalarla dağılıb tökülür və su ilə qarışaraq, axıb gedirdi.

1948-cı il üzrə planı 9 ay ərzində yerinə yetirmək, əmək məhsuldarlığını 25 faiz artırmaq, maya dəyərini 9 faiz aşağı salmaq barədə öhdəlik götürülmüşdü. Kərpic zavodu mayın avvəlində işə düşməliydi. Oktyabradak 2 milyon kub metr torpaq işi görülməli, beton salınması genişləndirilməli, təxminən 20 min kub metr beton tökülmaliydi. Həmin ayın sonunadək 9000 kvadratmetrlik sahəsi olan yaşayış evlərini, mexaniki təmir zavodunun birinci növbəsini istifadəyə vermək, Bakı-Mingəçevir elektrik xəttinin çəkilişini başa çatdırmaq qərara alınmışdı.

Axırda Islamzadənin yanvar ayının yekunlarına asasən verdiyi əmr oxundu: “Tikintinin keçici Qırmızı bayrağı sol sahil sahəsindən alınaraq, butün işlərdə irəli getdiyi uçün əsas işlər sahəsinə verilsin”.

 

Çoxdan gözlənilən gün

İlk dəstənin gəlişindan üç ildən də çox ötürdü. Qırx sakkizinci ilin 11 noyabrıydı. Çoxdankı bir arzu həyata keçmişdi. Mingəçevirə səhər stsatusu verilmişdi.

Hamı bir-birini təbrik edirdi. Mədəniyyət Evinə də bu münasibətlə yığışmışdılar. İslamzadə salona göz gəzdirdi. İlk gələnlərdən bir neçəsi yox idi. Ehtimalı düz çıxmışdı. Yüngül is arzulayanlar bir-iki həftədən sonra baş götürüb, qaçmışdılar. Ən başlıcası, zənni onu aldatmamışdı.

-Siz vicdanli, cəsarətli adamlarsniz. Çoxunuz döyüş cəbhələrindən yenicə qayıtmışdınız. Ağaclar, yaşıllıqlar, kölgəliklər, hətta içməli su olmayanda da çəkinmədiniz, qorxmadınız. Üç il yarım ərzində möhtəşəm işlər gördünüz. Yuyulma üsulu ilə ucaldılan bəndi sizin kimi qəhrəmanlar inşa edə bilər. Moskvada da, Bakıda da hökumət bizə inanır. Tikinti apardığımız qəsəbəyə şəhər adı verilməsi bu inamın nəticəsidir. Biz bu günü çoxdan gözləyirdik. Moqsəd Bakı neft sənayesini elektrik enerjisi ilə təchiz etmək, Kür-Araz ovalığında, Muğan, Şirvan, Mil-Qarabağ düzlərində torpaqları suvarmaq, Zaqafqaziyada pambıq bazası yaratmaq üçün əkin sahələrini genişləndirmək, ipəkçiliy inkişaf etdirmək, eyni zamanda Qafqazın böyük potensialıa malik sənaye mərkəzini yaratmaqdır.

…Sultan kişi inana bilmirdi gözlən önündə, Bozdağın ətəyində baş verənlərə. Əsrlərlə hayqırıb ətrafı lərzaya gətirən dəli Kürü cilovlamışdılar. Ot bitirmaz çöllərdə məskən salmışdılar. Haqiqətlər ona yuxu kimi gəlirdi.

 

Şərhlər bağlıdır.