Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Böyk Millət Məclisi türk sülhməramlılarının Azərbaycana göndərilməsinə qərar verdi

Türkiyə Böyük Millət Məclisi bu dəqiqələrdə Azərbaycana sülhməramlıların göndərilməsi barədə qərar verib. HDP istisna olmaqla digər partiyalar qərara “ƏVƏT” deyib.  Sülhməramlılar Konstitusiyanın 92-ci maddəsinə əsasən bir il müddətində Azərbaycanda olacaq və ehtiyac olduqca müddət uzadılacaq.

Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur. Bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır.

Azərbaycan, Rusiya və Ermənistanın əldə etdikləri razılaşmaya əsasən, 10 noyabr 2020-ci ildə  saat 00.00-dan etibarən bölgədə atəşkəs elan edilib və işğal altındakı bəzi bölgələrin Azərbaycana qaytarılmasını nəzərdə tutan təqvim elan olunub. Razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında Mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb.

 

 

Şərhlər bağlıdır.