Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Birinci Xanım Mehriban Əliyeva Səmərqənddə rəsmi səfərdə olub

Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Özbəkistan Respublikasına səfər edən səfər edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

Sərgiyə Birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levaidə iştirak ediblər.

Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunan sərgidəki əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bir çox istiqamətlərini əhatə edib.

Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib. Həmin dövrün rəssamlarının müxtəlif əsərləridə bu gün sərgidə nümayiş olunub.

Qeyd edək ki, ” Özbəkistan Rəngləri” adlı sərgidə 14 rəssamın 90-dan çox əsəri nümayiş etdirilib.

Sonra xanımlar Musiqili Dram Teatrında “Lazgi” adlı baletə baxıblar.  2019-cu ildən UNESCO-nun Hökumətlərarası Komitəsinin  bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil etdiyi “Lazgi – Xarəzm rəqsi”,təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümünü ifadə edir.

Daha sonra Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər.

Şərhlər bağlıdır.