Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bircə ayağı qalmışdı…” – HƏRBİ HƏKİM MÜHARİBƏDƏN DANIŞIR

Ürəyi vətən sevgisi və insana mərhəmət hissi ilə döyünən Həkim-cərrah! Bəli, mingəçevirli həkim-cərrah Kərim Laçın oğlu Kərimovu yaşadığı şəhərin insanları da, çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları da belə tanıyır.

O, 44 günlük Vətən savaşının ilk günlərindən etibarən əlinə silah alıb, könüllü olaraq vətənin müdafiəsinə yola düşüb.

Əslində bu Kərim Kərimovun ilk vətənpərvər addımı deyildi. O həm də birinci Qarabağ müharibəsinin könüllü iştirakçılarından olub. 1992-ci ildə Ağdam rayonunun Novruzlu kəndi istiqamətində döyüşlərə qatılıb. 1998-2001- ci illərdə isə yenidən hərbi-həkim, zabit kimi xidmətə cəlb olunub.

O, üçünü dəfə hərbi libası geyinmək şansını qaçırmayıb və 44 günlük vətən müharibəsində Qarabağın ürəyi sayılan Şuşaya qədər gedən şərəfli döyüş yolu keçib.

Canları xilas etməyə vərdiş olan Kərim Kərimov döyüş yoldaşlarının son anlarını xatırlayarkən göz yaşlarına hakim ola bilmir.

Taborun tibb məntəqəsinə başçılıq edən baş leytenant düşdükləri çətin anları da unutmur.

Şuşakənd istiqamətində gedən döyüşlərdə yaxınlığına düşən minomyot qəlpələri onu da ağır yaralayır. Amma müalicə olunaraq yenidən savaş meydanına qayıdır və döyüş yoldaşları ilə Şuşada qələbəni bayram edir.

İki qız və bir oğul atası olan Kərim Kərimov evə, doğmaların yanına qazi kimi qayıdışını həyatının ən xoşbəxt anlarından biri hesab edir.

O, vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə, “Şuşanın azadı olunmasına görə” medalı ilə təltif olunub.

 

Şərhlər bağlıdır.