Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Bir saat min düşüncə layihəsi uğurla həyata keçirilir”

53

Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik ili” çərçivəsində qrant müsabiqəsinin qalib layihələrindən olan “Bir saat min düşüncə layihəsi uğurla həyata keçirilir”

Layihə çərçivəsində aparılan görüşlər göstərir ki, qazilər döyüşə hazırlıq prosesi, döyüş xatirələri, eləcə də müharibədən sonrakı həyat və fəaliyyətləri barədə düşüncələrini bölüşməkdə maraqlıdırlar. Onların dinlənilməsi və sosial-psixoloji baxımdan dəstəklənməsi layihə komandasının əsas prioritetlərindən biri kimi qiymətləndirilir.

Bu istiqamətdə fəaliyyət universitetin Pedaqogika və Psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Qazilərə sosial-psixoloji xidmət” mərkəzinin standartlarına uyğun şəkildə davam etdiriləcək. Layihə çərçivəsində tələbələrin də bu sosial məsuliyyəti dərk etməsi xüsusi vurğulanır.

Layihənin növbəti mərhələsində Mingəçevir Dövlət Universiteti-nin ev sahibliyi ilə geniş tərkibli tədbirin təşkili nəzərdə tutulur. Belə ki, sosial və psixoloji ixtisaslar üzrə təhsil alan tələbələr başda olmaqla, 200 nəfərə yaxın auditoriyanın iştirakı ilə qrup terapiyası sessiyası və qazilərlə panel müzakirəsi keçiriləcək. Tədbirə akademik heyətin də böyük maraq göstərdiyi bildirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.