Beynəlxalq Jurnalistlər Federasiyasının üzvləri Mingəçevir Media Mərkəzində
Bunu JuHİ-nin sədri, Beynəlxalq Jurnalistlər Fderasiyasının Azərbaycan nümayəndəsi, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli iyulun 9-da Mingəçevir Media Mərkəzində tədbirdə söyləyib. O bildirib ki, 2008-ci ilə qədər təkcə paytaxtda işləyən jurnalistlərin aylıq əmək haqqı 200-250 manat idi: “Elə həmin ildən Mətbuat Şurasının da dəstəyilə biz jurnalistlərin sosial problemlərini gündəmə gətirdik. Kampaniyanı davam etdirdik. 2009-cu ildə Prezident yanında Fond yaradıldı və mən İdarə Heyətinə üzv seçildim. Bugün şəhərdə işləyən həmkarlarımızın sosial vəziyyəti düzəlib, hazırda bu prosesi regionlara tətbiq etmək istəyirik”.
Toplantıda çıxış edən diğər qonaq- Beynəlxalq Jurnalistlər Federasiyasının eksperti Arjum Vajid qeyd edib ki, 35-40 illik jurnalist fəaliyyətinin 15 ilini təlimçi kimi çalışıb: “2002-ci ildən Azərbaycanda təlimlərə gəlirəm. Ölkəniz müstəqilliyini yeni qazandığı üçün media sahəsində hələ də əskikliklər çoxdur, söz və mətuat azadlığı tam bərpa olunmayıb. Regionlarda isə vəziyyət daha çətindir. Biz bu məsələlərin həllinə çalışacağıq”.
Federasiyanın digər nümayəndəsi Adrien Collin isə deyib ki, 2010-cu ildən Azərbaycana təlimlərə gəlir: “Növbəti səfərimizin məqsədi Avropa Birliyinin dəstəyilə yeni layihəyə başlamaq, jurnalist təşkilatlarında həmkarlar ittifaqının fəaliyyətini gücləndirməkdir. Layihəylə bağlı ilk işimiz regionlar haqqında ətraflı məlumat almaq, iş şəraitini öyrənməkdir” .
Yığıncaqda JuHİ-ni Qərb və Qarabağ bölgələrinin koordinatorları Fərman Nəbiyev və Teymur Zahidoğlu və başqaları çıxış edərək, bölgə KİV-də həmkarlar təşkilatlarının yaradılması zərurətindən danışıblar. F.Nəbiyev bildirib ki, təşkilatın Qərb regionunda 35-ə yaxın üzvü var: “Gələcəkdə üzvlərimizin sayını 100-ə çatdırmağı planlaşdırırıq. Sayımız nə qədəq çox olsa, o qədər möhkəm olarıq”.
BJF-nin nümayəndələri həmin gün “Mingəçevir işıqları” qəzetinin ofisinə də baş çəkərək, redaksiyanın əməkdaşları ilə görüşüb və onların iş şəraiti ilə yerində tanış olublar.
Aytən Kosayeva
Şərhlər bağlıdır.