Belorus qardaşlar: “Əla. Çıxışımız möhtəşəm oldu”
-Yarışlar necə keçdı?
-Əla. Çıxışımız möhtəşəm oldu. Bu qızıl medal üşün çox məşq etdik. Bizim üçün Azərbaycan doğmadır. Ölkələrimiz dostluq edirlər.Burda insanların isti münasibəti özünü göstərir. Çox sevincliyik ki, məhz Azərbaycanda keçirilən 1-ci Avropa Oyunlarında qızıl medalı qazandıq.
-Güclü rəqibləriniz kimlər idi?
-Almaniya, Macarıstan, Rusiya və Çexiya idmançıları idi. Bəzən kimsə güclü, kimsə zəif iştirak edir. Həmişə də müxtəlif nəticələr alınır. Amma zənnimcə hamı bərabərdir. Sadəcə qələbə üçün bir neçə saniyə həlledici olur. Bu da məğlub olanla qələbə qazananı ayırır. Finişə çatanda bizim bəxtimiz gətirdi. Amma demək olmaz ki, kimsə bizdən zəif idi.
Məlumat üçün bildirək ki, Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ikinci günündə kişilərin ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə keçirilən yarışda 10 cütlük mübarizə aparıb. Avarçəkmə yarışlarının finalında Avropa çempionu, dünya kubokunun sahibi, dünya çempionatının mükafatçısı Sergey Bezuqlıy və həmkarı, tanınmış idmançı Aleksey Kupin həlledici yürüşdə çıxış ediblər. Yığma komandamızın üzvü İnna Rdomska-Osipenko bu gün finalda Portuqaliya, Serbiya, Belarus, Polşa, Macarıstan, Böyük Britaniya, Avstriya və Sloveniya avarçəkənləri ilə mübarizə aparır. Digər təmsilçilərimiz 9 cütlüyün yarışında finiş xəttinə 8-ci çatıb və mükafat qazana bilməyiblər.
Bu gün, həmçinin kişilər kayak qayıqlarında 1000, kanoe üzrə 1000, qadınlar isə kayak üzrə 500 metr məsafələr üzrə qüvvələrini sınayırlar. Almaniya idmançısı Sebastian Brendel qızıl medala sahib olub. Yarışda ilk üç yeri tutan idmançıların mükafatlandırılma mərasimi keçirilib.
Şərhlər bağlıdır.