Bu gün, fevralın 19-da Mingəçevirdə, Heydər Əliyev prospektində yerləşən keçmiş Mərkəzi bazarın yerində ölkənin supermarket şəbəkələrindən olan “Bazarstore”nin növbəti mağazası açılıb. Açılış mərasimində qeyd edirlib ki, “Bazarstore” iaşə şirkətləri, otellər, kafe, restoran müəssisələri, təşkilati şirkətlər və özəl müştərilərinə orqanik məhsulları – ət, meyvə-tərəvəzdən tutmuş təmizlik vasitələrinə qədər bütün ehtiyaclarını bir nöqtədən, bazarın ən aşağı qiymətləri və ən yüksək keyfiyyəti ilə təqdim edir.
Müxbirimizin suallarını cavablandıran “Bazarstore” mağazazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr və marketinq şəbəksinin müdiuri Günay Novruzqızı deyib ki, qurum 2011-ci ildə Bakıda açılsa da sonradan əhatə dairəsini genişləndiurib: “Bakı da daxil olmaqla hazırda 15 bölgədə fəaliyyət göstəririk. İlk bölgə mağazamızı 2014-cü ildə Bərdədə açmışıq. Bu, Mingəçevirdə 1500 kv metr satış sahəsində yerləşən 2-ci mağazamızdır. Burda 46 nəfər işlə təmin olunub. Məqsədimiz təcrübə və peşəkarlığımızı müştəri məmnuniyyətinə çevirmək, güvənilən, sərfəli və yüksək xidmətə nail olmaqdır”.
-Bu gün insanlar daha çox orqanik məhsulları almaqda maraqlıdırlar? Bu marağı necə təmin edəcəksiniz?
-Biz ət məhsullarını yerli əhalidən alırıq. Əsasən erkək heyvanların ətini satırıq. Toyuq, süd məhsulları da hər zaman diqqətimizdədir. Təzəlik, gülərüzlü xidmət, bol çeşid, sərfəli qiymət əsas prinsiplərimizdəndir..
-Siz başqa rəqiblərinizlə sağlam rəqabət aparmağa qadirsinizmi?
-Hər şey müştərinin seçiminə buraxılır. Onun seçmək imkanı genişdir. Qiymət məsələsi də hər zaman diqqətimizdədir. Biz mütəmadi araşdırma aparır, müştərilərimizə ən sərfəli qiyməti təklif edirik. Biz bölgələrə uyğun olaraq qiymət siyasətini həyata keçiririk. Çalışırıq ki, məhsullarımızın qiyməti əhalinin cibinə uyğun olsun.
Şərhlər bağlıdır.