Yerli Qurumlar

Başçı cəmiyyət sədrlərini qəbul edib

Bayram ərəffəsində Qarabağ əlilləri və şəhid ailələrinin hər birinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin fondundan 200 manat məbləğində pul yardımı edilib

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  şəhid ailələri  və Qarabağ əlilləri cəmiyyətlərinin sədrlərini qəbul edib. Onları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni təqvim ili münasibəti ilə salamlayıb və qeyd edib ki, pandemiya ilə əlaqədar cəmiyyət üzvlərinin böyük əksəriyyəti ilə  görüşə bilmir.

Başçı şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şıfqət  diləyib və diqqətə çatdırıb ki, bu mərd oğullarrımızın sayəsində Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanıb, Ermənistanı məğlub edib, işğala son qoyub: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni mövqelər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu: Bu işğala, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Buna da nail olduq. Bu,  2020 ildə əldə olunan tarixi hadisədir”. Görüşdə cəmiyyət sədrlərindən Natiq Həsənov, İranə Həsənova Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, onara göstərrilən diqqət və qayğıdan danışıblar.

İH-dən verilən məlumata görə, bayram ərəffəsində  Qarabağ əlilləri və şəhid ailələrinin hər birinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin fondundan 200 manat məbləğində pul yardımı edilib.

Daha çox

Oxşar yazılar

Close