Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Balakən gəncləri üçün layihələrin yazılması təlimləri yekunlaşıb

Balakən rayonunda yaşayan gənclər üçün 3 gün müddətində keçirilən layihələrin yazılması təlimləri yekunlaşıb.

Layihənin müddətində 30-a yaxın gəncə layihətəkliflərinin hazırlanması, onun icra planının formalaşdırılması, xərclər smetasının müəyyən edilməsi, layihənin icrasına dair yekun hesabatın hazırlanması qaydaları öyrədilib.

Gəncləri layihələrin yazılması və idarə olunması istiqamətində təlimlərə cəlb etməklə onların bilik və bacarıqlarının artırılmasına töhvə vermək layihənin əsas məqsədlərindən biri ol

ub. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə cəmiyyətin fəal üzvləri olan gənclərin əmək bazarında uğurla təmsil olunmalarına fayda verəcəkdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi-2.0” proqramı çərçivəsində “İşıqlı Gələcək Gənclər İctimai Birliyi” tərəfindən həyata keçirilib.

Şərhlər bağlıdır.