Bakı sakini Naftalanda sanatoriyada ölüb
Bakı sakini Naftalanda sanatoriyada ölüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün saat 8.30 radələrində şəhərdəki “Gözəl” sanatoriya kompleksində qeydə alınıb. 1958-ci il təvəllüdlü Bakı sakini Mirhəsən Mirhaltay oğlu Yusifov qəflətən otağında vəfat edib.
Onun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.