Bələdiyyə üzvləri yerli jurnalistlərlə görüşüb
Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev iyunun 19-da yerli media nümayəndələri ilə görüşüb. Sosial izolyasiyanı qorumaqla keçən görüşdə bələdiyyə sədri qeyd edib ki, Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunmasa da, Şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış işçi qrupun xəttilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi əməl olunur: “Şəhər Bələdiyyəsi də əhali arasında tibbi maskadan istifadə edilməsi, sosial məsafənin qorunması baxımından geniş maarifləndirici söhbətlər aparır. Bu işdə jurnalistlərin rolu çox böyükdür”.
Bələdiyyə sədri onu da əlavə edib ki, KİV nümayəndələrinin yardımına ehtiyacları var: “Sizinlə əlaqələri genişləndirmək niyyətindəyik. İstəyirik ki, fəaliyyətimizi obyektiv işıqlandırasınız, görülən işlərimizə düzgün qiymət verəsiniz, çatışmazlıqlara göz yummayasınız”.
Sədr ötən əvvəlki illərdə bələdiyyədə yol verilmiş nöqsanlardan və həyata keçiriləcək layihələrdən da danışıb, jurnalistlərin çoxsaylı təkliflərinin dəyərləndirəcəyini diqqətə çatdırıb.
Şərhlər bağlıdır.