Mingəçevir Bələdiyyəsinin mətbuat xidmətindən verilən məlumata görə, bələdiyyə üzvlərinin növbəti səyyar görüşü A.Məmmədov küçəsindəki 5a saylı binanın qarşısında baş tutub. Yaşayışçılar məhəllə komitəsi təsis etmək istədiklərini bildiriblər. Məhəllə komitəsinin (MK) Əsasnaməsi oxunduqdan sonra səsvermə yolu ilə 5 nəfərdən ibarət MK tərkibi müəyyən edilib. Komitəyə “Ulduz” adı verilib. Məhəllədə nüfuzu ilə hörmət qazanmış şəhid anası Ulduzə Əhmədova yekdilliklə komitənin sədri seçilib.
Sakinlər məhəllədəki xeyir-şər mağarının təmirinə, mağar üçün yeni mətbəxin tikilməsinə kömək göstərilməsini, əraziyə zibil qutularının qoyulmasını xahiş ediblər. Bələdiyyə sədri Coşqun Abdullayev MK–ya bələdiyyə ilə sıx əlaqə saxlamasını, məhəllənin problemləri barədə vaxtaşırı məlumat verməsini tövsiyə edib, qaldırılan məsələlərin həllində bələdiyyənin yardımçı olacağını bildirib.
Görüşdə bələdiyyənin sədr müavini Əli Əliyev, yerli sosial məsələləri daimi komissiyasının sədri Zahid Qasımlı da iştirak edib.
Şərhlər bağlıdır.