Azyaşlı uşaqlar tut yeyərkən kişi meyiti aşkarlayıbar
Mingəçevirin H.Əliyev prospektindəki Yeni köçkün qəsəbəsində, 4 saylı binada yaşayan Vüqar Nəbiyevin meytini tut yeyən azyaşlı uşaqlar aşkarlayıblar. Hadisə may ayının 26-da axşam 18 radələrində şəhər avtovağzalının həyətindəki köhnə tikilinin yaxınlığında baş verib. Ağdam rayonundan məcburi köçkün olan 3 uşaq atasının 44 yaşı vardı.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hələ ki, hadisənin necə törənməsinin təfərrüatları məlum deyil. Qonşularının dediyinə görə, mərhumu səmimi insan kimi tanıyıblar. “Bir neçə gün idi ki, çox bikef gəzirdi. Bilmirik ailəsində, ya kənarda nə baş verib. Həyat yoldaşı həkimdir. Ərinin həmişə hörmətini saxlayıb. Vüqar da hamı ilə mehriban davranırdı”-qonşulardan biri müxbirimizlə söhbətində belə deyib.
Şərhlər bağlıdır.