Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Azərenerji” ASC 2018/2021-ci illər ərzində, Reabilitasiya Proqramı çərçivəsində gördüyü işlər haqqında məlumat yayıb.

[box type=”shadow” align=”center” class=”” width=””]ENERJİSİSTEMİN REABİLİTASIYASI [/box]

Cənab Prezident İlham Əliyev tapşırığına əsasən 2018-ci ilin sonundan başlayaraq Enerjisistemin Reabilitasiya Proqramı qəbul edilərək icrasına başlanıldi. Hökümət tərəfindən təsdiqlənən enerjisistemin perspektiv “Master Planın” tərkib hissəsi olan Reabilitasiya Proqramınının icrasına vaxtında başlayaraq təcili işlər görülməsəydi 2019, 2020-ci illərin yayında artan təlabatın, Kür və Xəzərdə su səviyyəsinin kəskin aşağı düşməsinin fonunda enerjisistemin çökməsi qaçılmaz olardı. Ümumilikdə Reabilitasiya işləri nəticəsində 12 elektrik stansiyası və 23 yarımstansiyada kompleks tikinti, yenidənqurma və bərpa işləri aparıldı.

[bafg id=”25181″]

[box type=”shadow” align=”center” class=”” width=””]Sumqayıt Elektrik Stansiyası [/box]

Xəzər dənizində su səviyyəsinin kəskin aşağı düşməsinə görə Sumqayıt Elektrik Stansiyanın işini dayandırmaq təhlükəsindən çıxarmaq, stansiyanı xilas etmək üçün soyuq suyu 5 metr dərinlikdən götürmək üçün 750 metr uzunluğunda estakada və yeni su nasos stansiyası tikildi.
Paralel olaraq “Sumqayıt” Elektrik Stansiyası əsaslı təmir edildi. 3 ədəd qenerator, qaz və buxar turbinləri, köməkçi sistemlər və digər sahələrdə ehtiyat hissələri dəyişdirilərək tam təmir olundu. Bununla da stansiya dayanmaq təhlükəsindən çıxarılmaqla yanaşı burada enerji istehsalına şərti yanacaq sərfi 3-5 qram azalması nəticəsində ildə 10 min ton yanacağa qənaət edildi və 20 Meqavat itirilmiş güc bərpa olundu.

[bafg id=”25185″]

[box type=”shadow” align=”center” class=”” width=””]“Azərbaycan” İstilik Elektrik Stansiyası [/box]

2018-ci ilin yayında qəza baş verən və istismar müddətini çoxdan keçən Mingəçevirdəki “Azərbaycan” İstilik elektrik Stansiyası Cənab Prezidentin diqqəti altında tam yenidən quruldu. Qeyd edək ki, 2018-ci ildə beynəlxalq audit şirkətlərin iştirakı ilə təftiş aparılarkən stansiyanın maksimum 1500 meqavat olmaqla hər an qəza baş verə biləcək vəziyyətdə işlədiyi məlum oldu.
Yenidənqurmadan sonra isə kəskin yay rejimində belə stansiyanın 2100 meqavat güclə işləmək əzmində olduğu qətiləşdi. Ümumilikdə görülən işlər nəticəsində xarici şirkətlərin istismardan çıxarılmasını tövsiyə etdiyi stansiyasının ömrü ən azı 20 il uzadıldı, etibarlılıq, dayanıqlıq, səmərəlilik və təhlükəsizlik təmin edildi. Ən əsası 580 meqavatdan artıq “itirilmiş” güc bərpa olundu.

[bafg id=”25188″]

[box type=”shadow” align=”center” class=”” width=””]“Cənub” Elektrik Stansiyası [/box]

Kür çayında su qıtlığına görə “Cənub” elektrik stansiyasını işini dayandırmaq təhlükəsindən çıxarmaq üçün suaşıran qurğu tikilməklə yanaşı, qaz çatışmazlığını aradan qaldırmaq üçün Hacıqabuldan Şirvana yeni qaz kəməri çəkildi və ümumilikdə stansiyada görülən işləri nəticəsində 200 meqavat ititilmiş güc bərpa edildi.

[box type=”shadow” align=”center” class=”” width=””]“ŞİMAL” Elektrik Stansiyası [/box]

Analoji olaraq uzunmüddətli istismardan və aşınmalardan sonra kritik vəziyyətə düşən “Şimal-1” Elektrik stansiyasında da təmir işləri həyata keçirildi və istehsala sərf edilən şərti yanacaq azaldılmaqla yanaşı 20 meqavat itirilmiş güc bərpa olundu. 2019-cu inin sentyabrında 400 meqavatlıq “Şimal-2” elektrik stansiyası istismara verildi.

[toggle title=”ŞİMAL Elektrik Stansiyasının təmiri haqqında aşağıdakı keçiddən məlumat ala bilərsiniz” state=”open”]

Şüvəlanda yerləşən Şimal-1 Elektrik Stansiyası əsaslı təmir edilib – VİDEO[/toggle]

[box type=”shadow” align=”center” class=”” width=””]“Şəmkir və Mingəçevir” SES-lər [/box]

“Şəmkir” SES-də hər biri 160 metr uzunluqda olan və hər an uçaraq fəlakətə səbəb ola biləcək 3 yeraltı su tuneldən ibarət sutullayıcı qurğu yenidən quruldu. Ümumilikdə isə Şəmkir, Mingəçevir və digər su elektrik stansiyalarında böyük həcmli təmir işləri aparılmaqla 230 meqavat itirilmiş güc bərpa olundu. Azsululuq və vaxtında düzgün hesablama aparılmaması ilə əlaqədar SES-lərdə yaranmış 950 meqavatdan çox güc məhdudiyyəti enerjissistem üzrə bərpa olunmuş güc sayəsində konpensasiya olundu.

[box type=”shadow” align=”center” class=”” width=””]“Modul” Eelektrik Stansiyaları [/box]

6 ədəd modul tipli elektrik stansiyasında ümumilikdə mövcud olan 72 aqreqatdan 12 ədədi ümumiyyətlə işləmirdi qalanları isə kəsirlə işlətirdi. Fəaliyyəti dayandırılan aqreqatların dəyişdirilməsi, kəsirlə işləyənlərin isə ehtiyat hissələrinin yenilənməsindən sonra 250 meqavat itirilmiş güc bərpa edildi. Nəticədə Elektrik Stansiyalarında şərti yanacağın xüsusi sərfinin 280 qram kilovatsaatdan 263,8 qram kilovatsaata, xüsusi sərfiyyatın 2,89 faizdən 2,47 faizə endirilməsi ilə on milyonlarla manat qaza və elektrik enerjisinə qənaət olundu.

Azərenerji ASC

[box type=”shadow” align=”center” class=”” width=””]Enerjinin idarəedilməsi [/box]

Bununla yanaşı reaktiv gücün konpensasiyası istiqamətində ciddi addımlar atılaraq enerjisistemin iki düyün nöqtəsində “Yaşma” və Goranboyda şuntlayıcı reaktorlar qurlaşdırılmaqdadır. Tezliyin tənzimlənməsi və yeni əks-qəza avtomatikasının formalaşması istiqmətində də kompleks işlər görülməkdədir. Yeni SCADA sisteminin yaradılmasının birinci mərhələsi başa çatıb və ikinci mərhələ yekunlaşmaqdadır.

Azərenerji SCADA sistemi
“Azərenerji ” ASC SCADA sistemi

[box type=”shadow” align=”center” class=”” width=””]Yarımstansiyalar [/box]

İstismar müddətini bitirən və hər an qəza baş berə biləcək sistem əhəmiyyətli 23 yarımstansiyada yenidənqurma və təmir işləri aparıldı. Nəticədə yarımstansiyaların 2185 meqavolt amper həcmində ötürmə qabiliyyəti artırılaraq texniki itkilər 2,24 faizdən 2,04 faizə endirilidi və 74,4 milyon kilovat saat elektrik enerjisinə qənaət edildi.

"Azərenerji" ASC

 

 

Şərhlər bağlıdır.