Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanlı “Qızıl Qurd” çempionu məğlub etdi – VİDEO

Kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadə peşəkar rinqdə növbəti qələbəsini qazanıb.

Oxu.Az-ın xəbərinə görə, “Qızıl Qurd” ləqəbli Rəcəbzadə 95 kq çəki dərəcəsində “X Fight Nights” promouterinin “Legends” (“Əfsanələr”) döyüş gecəsində çıxış edib.

O, Çexiyanın paytaxtı Praqada keçirilən döyüşdə kyokuşin karate üzrə sabiq Avropa çempionu, şotokan karate üzrə Dünya Kubokunun qalibi olmuş yerli idmançı Yan Soukupla mübarizə aparıb. Kikboksinqin K1 versiyası üzrə keçirilən yarışda idmançımız rəqibini məğlub edib.

Bununla da peşəkar rinqdə məğlubedilməz olan Bəhram Rəcəbzadə 57-ci görüşünü də qələbə ilə başa vurub.

Səbuhi MUSAYEV

Источник: oxu.az

Şərhlər bağlıdır.