Azərbaycanın Laçın və Qubadlı rayonları və digər əraziləri Ermənistan ərazisindən və Ağdərə istiqamətindən atəşə tutulur
Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.
Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur. Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.
Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan və Tərtər rayonlarının ərazisini, eyni zamanda Naftalan istiqamətindəki ərazilərimiziyaylım atəşli reaktiv sistemlərdən atəşə tutur.
Şərhlər bağlıdır.