Siyasət

Azərbaycanın diplomatik uğurları Ermənistanı qorxuya salır

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil

Azərbaycan Ordusunun əsgər və zabitləri  sərhədlərimizi böyük hünərlə qoruyurlar. Atəşkəşlə bağlı razılıq əldə edilsə də düşmən dayanmır, ayrı-ayrı zamanlarda təxribat törətməklə, sərhədlərimizə silahlı hücumlar etməklə ölkəmizdə mövcud olan sabitliyi pozmağa cəhd göstərir.  2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək faktıdır və növbəti təxribatdır. Düşmənin bu təcavüzü də itkisiz ötüşməyib. Çox təəssüf ki, düşmən hücumundan müdafiə  zamanı  ordumuz şəhid verib, yaralananlar var. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Cəsarətli və qorxmaz Azərbaycan əsgəri öz torpağını qorumaqla Vətənə olan hərbi borcunu yerinə yetirib, düşmən hücumunun qarşısında mərdliklə dayanıb. Düşmən yenə istəyinə çata bilməyib. Milli Ordumuzun əsgərləri düşmən torpağına addımını basmayıb, yalnız hücuma hücumla cavab verib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Illərdir ki, əsgərlərimiz düşməınin hücimlarından bezib, irticaçı qüvvələrin məkrli niyyətlərindən yorulub. Axı nə qədər olar, həm özgə torpağını zəbt edəsən, həm də dinc durmadan yeni-yeni fəsadlar törədəsən? Bu millət təkcə zalım  və qaniçən deyil, həm də hiyləgərdir, abırsızdır.

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhəddində növbəti təxribatı əslində  Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındırmaqla yanaşı diqqəti  fərqli istiqamətə yönəltmək və ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda vətəndaşların həyat tərzi çox aşağı səviyyədədir.  Əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Paşinyan öz məqsədinə çatmaq üçün bacardığı qədər amansızlıqlar edir. Onu heç maraqlandırmır ki, insanlar çətin şəraitdə yaşayırlar, koronavirus pandemiyası böyük təhlükələr yarada bilər.  Yalnız  pis niyyətinə çatmaq, xalğı əzmək, süründürmək və bu yolla da hakimiyyətdə qalmaq, budur onun əməli, fəaliyyəti.

Azərbaycanla sərhəddində, daha doğrusu Azərbaycan ərazisində təxribat törətmək  Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və  səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmaq məqsədi daşıyır. Paşinyan düşünür ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda mürəkkəb vəziyyət hökm sürür, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Açığı N.Paşinyan hakimiyyəti  itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa- olsun hakimiyyətini qorumaqdır. Məsələ burasındadır ki, Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olmuşdur. Dünya ictimaiyyəti mart ayında Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etmədi və  Azərbaycanın ərazi bütövlünə dəstəyini təsdiq etdi. Təbii ki, Müstəqil Azərbaycan  dünyanın ən böyük dövlətləri ilə iqtisadi əməkdaşlıq edir, dünya iqtisadi forumlarında, zirvə görüşlərində iştirak edir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fikir və təklifləri ilə dünyanın lider dövlətlərinin hörmətini qazanıb.

Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Azərbaycanda mövcud olan sabitlik, əhalinin sosial-rifah halının diqqət mərkəzinə çəkilməsi, xüsusilə pandemiya ilə mübarizə şəraitində vətəndaşlara göstərilən maddi və mənəvi yardımlar  bir çiox dövlətləri heyrətləndirib.

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Azərbaycanın ərazi bötövlüyünün təmin olunması məqsədi ilə dövlətimizin başçısının həmsədr dövlətlərlə danışıqları,  müharibə, hərb yolu ilə deyil, yalnız sülh yolu ilə işğal altlında qalan torpaqlarımızın azad edilməsi üçün keçirilən diskussiyaların hələ də müsbət nəticə verməməsi artıq böyük narazılıqlar yaradır.  Dövlət başçısının bu qədər qətiyyətli davranışı, düşməni yerində oturtması görünür düşməni qıcıqlandırır, onlar təxribatlarına davam edirlər.

Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir. Düşmən Azərbaycanın uğurundan qorxur, ölkə prezidentinin həm də siyasi arenada fikirlərinin dəstəklənməsindən  narahat olur. Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan növbəti dəfə belə  bir avantüraya getmişdir. İnsanların öldürülməsi ilə nəticələnən bu əməliyyat, vəzifədə qalmaq naminə qan tökmək Paşinyana xeyir gətirməyəcək.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir, nercə ki, illərdir bunu edir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Lakin fakt faktlığında qalır. Illər boyu torpaqlarımızda törədilən vəhşiliklər videolentlərə, fotoşəklillərə köçürülüb və dünya dövlətləri bundan xəbərdardır.

Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşür və təəssüf ki, buna biganə yanaşırlar.

Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistanın  belə hücum və təxribat əməlini törədməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir. Dünya dövlətlərinin əklsəriyyətində pandemiya ilə mübarizə məqsədi ilə tədbirlər görüldüyü, vətəndaşlara diqqət və qayğı göstərilditi halda, Ermənistan yenə də silaha əl atdı, insan canına qıydı.  Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti yenə məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. artır erməni xalqı da görür ki, dövlətin başında duranları onların taleyi maraqlandırmır. Yalnız fitnə törətmək, baş qatmaq, insanların diqqətini başqa səmtlərə yönəltmək, bu hakimiyətin adət halını almış iş prinsipidir. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddialar yalan və dezinformasiyadır. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Artıq onlar da yalanlardan yorulublar.

İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Hərbçilərimizin fədakarlıqı sayəsində düşmən yerində oturub.  Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu Azərbaycan cəmiyyətinin vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də  indi 1990-cı illərin əvvəlləri deyil. O zaman  nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalırdılar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Azərbaycan Ordusu güclüdür, düşməni dəf etməyə qadirdir.  Lakin belə təkliflərin verilməsi elə düşmən üçün bir fürsət ola bilər. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Ermənistan bu  hücum əməliyyatına görə də cavab verməlidir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəd bölgəmizdə  törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir. Dünya dövlətləri bir daha gördülər ki, Ermənistan məkrli niyyətini hər zaman həyata keçirməkdədir. Bu dövlətin cavabı verilməlidir, işğalçı dövlət kimi dünya ictimaiyyəti öz sözüni deməli, Azərbaycanın ərazi bötövlüyünün pozulması cəhdinə qarşı sərt addım atılmalıdır.

Mirzə Cavadov,

YAP Mingəçevir şəhər təşkilatının Siyasi Şurasının üzvü

 

 

Daha çox

Oxşar yazılar

Close