Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb. İndidən sonra hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 10-u isə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir.
Anım günü – Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq təsis edilib.
Zəfər günü – xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə təsis edilib.
Şərhlər bağlıdır.