Azərbaycanca, yoxsa rusca oxuyaq?
Hazırda Mingəçevir şəhərinin 4 ümumtəhsil məktəbində rus bölmələri fəaliyyət göstərir. Ötən dərs ili ilə müqayisədə yeni tədris ilində övladlarının rus dilində təhsil almasını arzu edən valideyinlərin sayı xeyli artıb. Bu, 3 saylı beynəlmiləl tam orta məktəbdə xüsusi ilə diqqəti cəlb edir. Məktəbin Azərbaycan böməsində hazırlıq qruplarına 4 sinif üzrə 80 müraciət qəbul olunduğu halda, cəmi iki qrup rus bölməsinə 68 nəfər müraciət edib. Məktəbin direktoru Gültəkin Quliyeva bu rəqəmin hələ son hədd olmadığını bildirir. Onun sözlərinə görə, limiti aşmaq səlahiyyətləri yoxdur və bu səbəbdən də yalnız iki hazırlıq qrupu formalaşdırılıb. Hətta həmin qruplarda da uşaq sayı normadan bir qədər artıqdır.
Müşahidələr söyləməyə əsas verir ki, valideyinlər əksər hallarda rus bölmələrini seçərkən övladlarının daha müasir ruhda yetişəcəyinə ümid edir. Yuxarı siniflərdə təhsil alan şagirdlər də bunu danmır. Məktəbin şagirdləri isə deyir ki, onlar rus bölməsini seçməklə bu illər ərzində həm rus, həm də Azərbaycan və ingilis dillərini yaxşı qavraya bilirlər.
Bu barədə APA-nın Mingəçevir bürosu da xəbər yayıb.
https://www.youtube.com/watch?v=SFcQvyqW6_I
Şərhlər bağlıdır.