Azərbaycan və Avropa İttifaqının tərəfdaşlığını əks etdirən yeni platforma: eu4azerbaijan.eu
Bu gündən etibarən Azərbaycan və Avropa İttifaqının tərəfdaşlığını əks etdirən https://eu4azerbaijan.eu adlı yeni platformadan istifadə edə bilirik. Bu veb sayt Aİ-nin Hökumətə birbaşa maliyyə dəstəyi, texniki yardım layihələri, vətəndaş cəmiyyətinə qrantlar və ya Erasmus + kimi Aİ proqramlarına giriş, Azərbaycanda həyata keçirilən 131 Aİ layihəsi barədə ətraflı məlumat təqdim edir. Veb saytda ölkə boyu Aİ-nın dəstəklədiyi seçilmiş layihə tədbirlərinin təsirini göstərən interaktiv xəritə də vardır. .
Veb səhifə fevralın 18-də media və ictimaiyyət nümayəndələrinə təqdim olunub. Mərasimə qatılan Aİ-nin nümayəndələri Avropa İttifaqının ölkəmizdəki fəaliyyəti barədə, xüsusən həyata keçirdiyil layihələr haqda məlumat verib, hər kəsə Aİ-nin təqdim etdiyi imkanlardan xəbərdar olmaq üçün layihələrin siyahısına baxmağı və xəbərlər bölməsini izləməyi tövsiyə edib.
“EU4AZERBAIJAN.EU veb saytı tərəfdaşlıq dünyasına yol açır. Burada insanlara kömək etmək məqsədi ilə həyata keçirilmiş və icra olunmaqda olan bir çox layihə şəkillərlə, rəqəm və sözlərlə təqdim edilir. Səhifəyə baş çəkin, araşdırın, ondan faydalanın və bizə rəy verin! Gəlin daha yaxşı gələcək və Azərbaycan naminə tərəfdaşlıq edək!” Aİ-nın Azərbaycandakı Səfiri Kəstutis Yankauskas deyib..
Eyni zamanda avropalı rəsmilər konfrans iştirakçılarının suallarını cavablandıblar.
Tədbirin sonunda elan olunub ki, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın çap, TV/radio və onlayn mediası üçün Aİ-Azərbaycan əməkdaşlığına dair müsabiqə elan edib. Yazılar Aİ-Azərbaycan arasındakı münasibətləri, Aİ-nın layihə tədbirləri və onların Azərbaycanda insanların gündəlik həyatına təsiri barədə ictimai məlumatlandırmanı artırmaq məqsədi ilə Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı olacaq. Qeyd edilib ki, bu gündən aprelin 18-dək Avropa İttifaqı haqqında dərc olunan bütün işlər qəbul edilir.
Müsabiqənin şərtləri ilə buradan tanış olmaq mümkündür. .
.
Şərhlər bağlıdır.