Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var

206

30 ilə yaxın idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu azmış kimi elə həmin vaxtdan ermənilər yurdumuzun sərhəd bölgələrini dayanmadan atəşə tutmaqla dinc əhalinin rahatlığını pozur, dağıntılar yaradır, vətəndaşları qətlə yetirirdilər. Bununla bağlı dünya dövlətlərinə dəfələrlə bəyanatlar verilib, Minsk qrupunun həmsədr dövlətləri ilə danışıqlar zamanı  məələ qaldırılıb. Lakin onlar dayanmır, işğalçılıq əməllərini genişləndirmək istəyirdilər.   Sentyabrın 27-də onların növbəti silahlı hücumlarına  Azərbaycan Ordusu adekvat cavab verməklə düşməni geriləməyə məcbur etdi. Yəni  döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd uzun illər davam edən və faydası olmayan danışıqlar prosesinə zədə vurmaq idi.

Bundan əvvəl Ermənistan avqust ayında  Azərbaycanın hərbi mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi ətrafında növbəti müsahibəsi  ABŞ-ın “FoxNews” televiziya kanalına  olub. O bildirib ki,  bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsini azad edilib.

Torpaqlarımızın azad edilməsi ilə bağlı BMT-nin qətnamələrinə əməl etməyən düşməın dövlət məkrli niyyətləri ilə zərbə vurmaqda davam etdiyi təqdirdə Azərbaycan tərəfi  sülh danışıqlarının  müsbət nəticə verəcəyinə ümid etsə də onlar mövqelərini dəyişməyib.  Bu barədə müxbirin sualını cavablandıran dövlətimizin başçısı vurğulayıb ki, “Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”.

“Vasitəçilər tərəfindən – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi, muxtariyyət əsla yoxdur”.

“Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, – bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, – Azərbaycana qaytarılması deyilir”

İllər uzunu ermənilərin torpaqlarımıza hücumlarına, törətdikləri terrorlara. insanların qətlə yetirliməsinə, əsir götürülməsinə dözə bilməyən azərbaycanlılar öz torpaqlarından məcburi köçkün düşmüşlər. “Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar – 700 min nəfər qovulmuşdur”.

O illərdə Azərbaycan yenicə müstəqillik əldə etmişdi. İnsanların vətənpərvərlik hissi çox yüksək səviyyədə olsa da Ordumuz zəif idi, silah-sursat yox idi. Bundan istifadə edən ermənilər və onların havadarları, separatçılar bizim soydaşlarımıza qarşı dəhşətli işğalçılıq planları  törətməklə öz niyyətlərinə çatdılar. Yəni, cənab İlham Əliyevin dediyi kimi, “Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi”.

“Ermənistana açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içindəyaşayacaqlar”.

Azərbaycan atəşkəsə hazır idi. Son bir ay ərzində, vətən müharibəsinaə Azərbaycan böyük irəıliləyişlərə nail olub, torpaqlarımızın bir hissəsi azad edilib. Qəhrəman Azərbaycan Ordusunun, döyüşlərdə iştirak edən, könüllü olaraq cəbhəyə gedən igid vətən övladlarının rəşadəti sayəsində qələbələr əldə edilib.  Buna rəğmən düşmən  pis niyyətləırindın əl çəkmir, dinc insanları hədəf tutur.  “Oktyabrın 10-da Moskvada Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi” .

“Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur”.

Azərbaycan atəşkəsə hazırdır, düşmıən isə hücumlarından qalmır, hər gün yeni-yeni təxribatlar törədir. Bu ölkə prezidenti tərəfindən dəfələrlə dilə gətirilib: “Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur”.

“Azərbaycan atəşkəs və torpaqlarının qaytarılmasını istəyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir”. Məhz buna görə,  düşmənin heç bir halda geriyə çəkilmək niyyəti olmadığı üçün, həm də terrorlarından qalmadıqları üçün Azərbaycan torpaqlarını müharibə yolu iləı geri almaq yolunu tutdu və böyük qələbələr əldə etməkdədir.

Prezident İlham Əliyev bildirib ki, “Azərbaycan mülki şəxslərə və dini məkanlara hücum etmir. Şuşada kilsədə baş verənlər ya səhv olub, – buna Azərbaycan rəhbərliyi rəsmi münasibət bildirib, ya da Azərbaycanıgünahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib”

“Qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və oraya hücumlar yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra Azərbaycan Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməyib. Lakin onlar hücum ediblər”. Daha bir sitat da  düşmənin iç üzünü açır: “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdı, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir”.

Ötən illər ərzində formalaşan və güclənən Azərbaycan Ordusunun şəxsi heyəti böyük təcrübələr keçib, müasir silahlar alınıb. Düşmənin etdiklərinə cavab olaraq Ordumuz öz gücünü göstərməkdədir. “Azərbaycanın dronları Ermənistan tanklarını və başqa hərbi hədəfləri məhv edir. İndiyədək dronlar 230-dan çox tankı məhv edib. Azərbaycan onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını sıradan çıxarıb. Dronlardan mülki şəxslərə qarşı istifadə edilmir. Bu, yanlış məlumatdır”.

Azərbaycan tərəfdə muzdluların döyüşməsu barədə dezinformasiya yayılıb. Lakin bu belə deyil. Azərbaycanın vətrənpərvər övladları özləri düşmənə qarşı döyüşlərdə iştirak edir.  “Bu, dezinformasiyadır.  Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Sübutlar, dəlillər tələb edildi və hələ də tələb edilir. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb”.

Dövlətimizin başçısı dezinformasiyaların yalan olması barədə həm də deyib ki, Prezident Trampın “NewYorkTimes”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? dezinformasiyadır. Heç bir dəlil, heç bir sübut yoxdur. Dəlil versinlər, sadəcə.

Əslində “Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər, bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl müasir avadanlıq. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır”.

Müstəqillik dövründə inkişaf edən, güclənən,vətəndaşlarının həyat tərzi günbəgün yaxşılaşan Azərbaycanda insanlar firavanlıq şəraitində yaşayırlar. Bizim bir problemimiz var, Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi üçün aparılan danışıqlar bəhrə vermədi. Ordumuz bu işin öhdəsindən cəsarətlə gəlir. “Azərbaycanın iqtisadi göstəriciləri dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Ciddi sosial problem yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir”.

“Azərbaycan 30-dan çox ölkəyə dəstək – maliyyə dəstəyi, humanitar dəstək göstərib. İqtisadiyyat sabitdir, davamlıdır. Azərbaycanın bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamasına ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var”

”ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Bu, tərəflərin nə istədiyinə deyil, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb”.

Azərbaycan hər zaman həqiqətin tərəfdarı olub. Buna rəğmən “Azərbaycan Dövlət Katibi Pompeodan nə gözləyə bilər – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı vaxt cədvəli verməlidirlər”.

Ermənistanın baş naziri işğalçıdır, niyyətləri məkrlidir. Onun durmaq , atəşi dayandırmaq təklifləri hamısı yalandır. Məqsədi vaxt qazanmaq, silah əldə etmək olub. Hadisələrin gedişi bunu bir daha göstərdi.  Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir.

Türkiyə hər zaman Azəbaycanın yanında olub. İlham Əliyev: ”Türkiyə Azərbaycana siyasi dəstək verir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var”.

“Türkiyənin müharibə çağırışı yoxdur. Qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır”.

Azərbaycan danışıqların bəhrə verəcəyinə inanır. “Əks  halda Azərbaycan 17 il ərzində danışıqlarda iştirak etməzdi. Əgər müharibəyə Azərbaycan başlayıbsa, niyə 17 il gözləyirdi? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir”.

“Azərbaycan arzu edir ki, hərbi həll bu gün dayansın və danışıqlar masasına keçilsin. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, – substantiv danışıqlara nə qədər tez başlanılsa, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır”.

“Münaqişə ərzində Azərbaycanın bütün səyləri aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Azərbaycan münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinədir”.

Ermənistanın etmək istədiyi məhz budur. Onlar pis niyyətlərindən əl çəkmirlər.  Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Azərbaycan başqa ölkələrin müdaxilə etməsinə qarşıdır.

“Rusiyanın hərbi bazası Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar”. Düşmənin məkrli niyyətlərindən biri də budur ki, ”Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını var ki, onlar Azərbaycanın strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi”.

Azərbaycan özünü müdafiə edir. Bakıdan Aralıq dənizinə neft kəməri 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Azərbaycandan Türkiyəyə qaz kəməri 2007-ci ildə istismara verilib. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır.

Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik, deyən İlham Əliyev əlavə edib ki,  “Görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir”.  “Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük”.

“Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiyaAzərbaycan tərəfindən dəstəklənir. Bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün;

Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Beynəlxalq terrorçuluqla mübarizədə bir yerdədir, Əfqanıstanda bir yerdədir, hərbi qulluqçuları Əfqanıstanda saxlayır və bununla sülhməramlı əməliyyatlara öz töhfəsini verir”.

Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə Azərbaycan önəmli layihələri tamamlayıb və təbii ki, bu davamlı olacaqdır.  Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır. “Amerika super gücdür. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Bu gün ikitərəfli əməkdaşlıq bəlkə də, ən yüksək səviyyədədir. Bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir”.

Azərbaycan Prezidenti İlham Əliyev Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşüb. Cənab Baydenlə ikitərəfli görüşləri olub. İkitərəfli münasibətlərin bir çox məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edib. Həm də ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik.

“İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə Azərbaycandan asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Azərbaycan Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola biləcəyini düşünür. Çünki bütün müharibələr dayanır və sülh gəlir”.

Ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilərlər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaq.

Azərbaycan öz  torpaqlarını azad edir.

Qarabağ Azərbaycandır!

Nazim Niftəliyev,

MDU-nun baş. müəllimi

Şərhlər bağlıdır.