Azərbaycan Respublikası Prezidentinin Sərəncamları -30326/30327/30328 – Mingəçevir Dövlət Dram Teatrı
X.N.Gəncəliyə “Əməkdar artist” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16 oktyabr 2018, 18:18
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Xəzər Novruz oğlu Gəncəliyə “Əməkdar artist” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16 oktyabr 2018, 18:21
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Abbasov Zülfüqar Qulu oğlu
Mirabov Akif Əhməd oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Əliyeva Afət Məmməd qızı
Həşimov Rafael Zeynal oğlu
İbrahimli Qabil Mahmud oğlu
İmamverdiyev Yusif İmamverdi oğlu
Quliyev Aydın Baloğlan oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Şərhlər bağlıdır.