Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İlham Əliyev: “Azərbaycana qarşı sərt münasibət göstərilsə, havada F16-ları görəcəklər”

Azərbaycan Prezident İlham Əliyev bir neçə dəqiqə öncə xalqa müraciət edib. Tarixə nəzər salan ölkə başçısı deyib: “Kürəkçay” müqaviləsini açın oxuyun. O müqavilədə erməni xalqı haqqında heç bir məlumat yox idi. Çünki erməni xalqı yox idi. Onlar məqsədli şəkildə gətirildilər.
Prezident sonra deyib: “Yığılmışıq biz  boğaza danışıqlardan. Deyirdilər hərbi həlli yoxdu. Kim deyir bunu? Bəs indiki hal nədir? Hərbi həll deyilmi?”
İlham Əliyev bir daha mövqeyini açıqlayıb: “Mənim mövqeyim xalqa bəllidir. Bu məsələ həll olunacaq, ya hərb, ya da ki, sülh yolu ilə”.
Prezident Ermənistanın artıq diz çökdüyünü də xatırladıb: “Başından elə vurmuşuq ki, ayıla bilmir”.
İlham Əliyev növbəti mesajlarını da verib: “Bir tərəfdən atəşkəs deyir, digər tərəfdən onlara silah verirlər”. “Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynanyan o təlxək desin ki, mən çıxıram”. “Gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz”. “Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir”. “Əgər atəşkəs istəyirlərsə, içğalçı dövlətə desin, rədd olsun torpaqlarımızdan, əgər çıxmırlarsa biz axıra qədər gedəcəyik”. “Əgər BMT Təhlükəsizlik Şurasının üzvləri, həmsədr ölkələr bu məsələni həll edə bilmirlərsə, çəkilib dursunlar qıraqda, mane olmasınlar”. “Böyük ölkələrin heç biri BMT qanunlarına riayət etmirlər. Ərazi tuturlar, bölürlər.” “Yığılmışıq boğaza, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, o vasitəçi ola bilməz”.  “Xarixi işlər nazirləri Amerikada, Cenevrədə görüşəcəklər, mən etiraz eləmirəm, görüşsünlər, o qədər mənasız görüş olub ki.. Mən demirəm bu görüşdə mənasız olacaq, amma nəticə olmalıdır”. “İndiki mərhələdə bizim mövqeyimiz odur ki, məsələ hərbi-siyasi yolla həll olunsun”.
“Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünü təmin etməlidir”. “Azərbaycan xalqının qanı yerdə qalmayacaq, qalmır!”,  “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, noldu? Şuşada parlament binası tikirdin, noldu bunlar?”
İlham Əliyev düşmənin indiyədək Azərbaycan ordusu tərəfindən qənimət götürülmüş və sıradan çıxarılmış hərbi texxnikası barədə də məlumat verib. Bildirib ki, bu günədək 252 tank, 82 qrad qurğusu, 4 zenit-raket kompleksi, 6 S-300 zenit-raket kompleksi, 2 Elbrus, 1 Toçka-U, 2 ədəd əməliyyat taktiki Elbrus raket kompleksi  məhv edilib. 53 tank, 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Düşmən toplam 404 yük avtomobilindən  məhrum edilib: “Mən yenə sual verirəm, cavab alana qədər verəcəm. Hardandı bu pullar?”. “Hər dəfə sual verirlər: Türkiyənin F16-ları nə gəzir sizdə? Gedin, açın, baxın, peykiniz var, baxın görün hardadı, havadadı, yoxsa yerdə?”, “Azərbaycana qarşı sərt münasibət göstərilsə, havada F16-ları görəcəklər”.
Ölkə başçısı işğaldan azad olunmuş ərazilərimizin də adlarını açıqlayıb:
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd və Yenikənd kəndləri.
Cəbrayıl rayonunun Qoşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuzlu və Çələbilər kəndləri.
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Molla Bürhan kəndləri  və Qubadlı şəhəri.

Şərhlər bağlıdır.