Siyasət

Azərbaycan ən çətin və börhanlı zamanlardan cəsarətlə çıxmağı bacarıb

İlham Əliyev: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”

On beş ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz həyatın hər sahəsində uğurlara imza atır. İqtisadi cəhətdən güclənən, dünyanın bir çox dövlətləri ilə sıx əməkdaşlıq edən ölkəmizdə vətəndaşların sosial rifah halı hər zaman diqqət mərkəzindədir. Bu ilin  əvvəllərindən dünyanın  onlarla dövlətində yayılan, təəssüf ki, sonradan Azərbaycanda da  yayılan koronavirus  pandemiyası ilə mübarizə, daha doğrusu xəstəliyin çoxalmaması üçün dövlətimizin başçısı elə ilk vaxtlardan zəruri  addımları atıb. Bunun üçün mart ayının əvvəllərində karantin rejiminin tətbiq edilməsi, həmçinin paytaxt Bakıda və ölkəmizin bütün bölgələrində izolyasiya tədbirləriniin həyata keçirilməsi yarana biləcək təhlükələrin qarşısını aldı. Elə yaz aylarında Prezidentimizin imzaladığı müvafiq  sərəncamla koronavirusla mübarizə məqsədi ilə Bakıda və ayrı-ayrı bölgələrdə modul tipli xəstəxanaların inşasına başlanıb.  İlk aylarda ölkəmizdə xəstəliyə yoluxanlarln və ölüm sayının az olması insanlara ümid verirdi ki, pandemiya tez bir vaxtda  qurtaracaq. Yəni xəstələr sağalacaq,  daha başqa insanlar bu virusa yoluxmayacaqlar. Lakin təəssüf ki, bu belə olmadı.  Xəstəlik  çoxalmağa başladıqca təhlükə də artırdı. Başqa çıxış yolu yox idi. Dövlətimizin başçısı  yenə insanların sağlamlığının vacibliyini diqqət mərkəzinə çəkdi. Bu dəfə ölkəmizin bir neçə şəhər və rayonunda sərt karantin rejimi tətbiq edildi. Məqsəd birdir.  İnsanlar  bu bəladan qurtulmalıdır.  Bunun üçün pandemiyaya yoluxaraq sağalan şəxslər bir müddət evdən bayıra çıxmamalı,  çıxdığı zaman isə maska taxmalı və insanlarla məsafə saxlamalıdır. Vətəndaşlar da bütün tövsiyyələrə əməl etməlidirlər. Məsafə saxlanmalı, maska taxılmalı, marketlərə, poçt, bank kimi xidmət sahələrinə daxil olarkən xüsusi qaydalara riayət olunmalıdır. Hər bir vətəndaş həm özünü, həm əzizlərini, həm də başqalarını qorumalıdır. Iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına, İctimai televiziyaya və “Xəzər”  televiziyasına müsahibə verərək mövcud vəziyyətdən danışıb. Müsahibə zamanı Prezidentimiz pandemiyanın təhlükəsinin qarşısının alınması üşün hər kəsi diqqətli olmağa çağırıb.

Covid-19-un artmasını nəzərə alaraq dövlətimiz lazımi tədbirlərə davam etdirir. 800 çarpayılıq xəstəxana istifadəyə verilib. 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək.  Modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Daha beş modul tipli xəstəxana inşa olunacaq. Ölkəmizdə həyata keçirilən islahatlar sırasında səhiyyə ön yerdə durur. Vətəndaşların sağlamlığının vacibliyini nəzərə alan prezidentimizin göstərdiyi qayğı sayəsində paytaxtımızda və bölgələrdə müasir formatda, yeni diaqnostik aparatlarla təchiz edilmiş xəstəxanalar tikilib və ya əsaslı təmir edilib.  Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib.

Xəstəliyə yoluxmanın tempi yüksək olsa da, vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlədir. Yəni heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmayıb. Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Mövcud karantin dövründə insanlar qaydalara ciddi yanaşmalıdırlar. ÜST ilə əməkdaşlıq davam edir, ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihəni təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Pandemiya dövründə vətəndaşların həyat tərzinin yaxşılaşdırılması məqsədi ilə social və birdəfəlik yardımlar göstərilib ki, bu da əhali tərəfindən razılıqla qarşılanır. Müsahibə zamanı Prezidentimiz bildirib ki, “Ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq”.

Azərbaycan ən çətin və börhanlı  zamanlardan cəsarətlə çıxmağı bacarıb və daha böyük inkişafa nail olub. Bu yenə də belə olacaq. Qısa zaman ərzuində iqtisadiyyatda tənəzzül olsa da dövlətimiz bu çətin vəziyyətdən ölkə prezidentinin rəhbərliyi ilə çıxa biləcək və yeni uğurlara nail olacağıq. Ilham Əliyevin sözləri ilə desək: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

Pandemiya dövründə Azərbaycan  30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Prezidentimiz bunu belə şərh edir: “Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik”.

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin  təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan olub. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqətini artıracağından qorxan  Ermənistanın  etirazı elə özünü  təcrid edilmiş vəziyyətdə qoyub. Yəni, “Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır”

Ermənistan unutmamalıdır ki, o  BMT-dən üstün deyil. Hətta ən kiçik, geridə qalmış bir ölkədir.  Dövlətlərin özünümüdafiə hüququ var, deyən dövlətimizin başçısı  əsaslı olaraq bildirir ki, “Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır” “Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir”. Torpaqlarımızda törətdikləri amansız hadisələr, günahsız və əliyalın insanların qətlə yetirilməsi, işğalçılıq əməliyyatları heç bir zaman yaddaşlardan silinməyəcək. Tarix bu dövlətin qaniçən rəhbərlərini və mənfur zabitlərini, onlara dəstək duranları bağışlamayacaq. “Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”. “Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir”. Bu dövlətdə insan hüquqları qorunmur, əhali çətin vəziyyətdə yaşayır. Onların əvvəllər başları işğalçılıq əməliyyatlarına, özgə torpaqlarını zəbt etməyə, qan tökməyə qarışmışdı. Yalnız istila etmək və haqqı olmayana sahib olmaq ideyası ilə yaşayan bir dövlətin gələcəyi  ola bilməz. “İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiklərini qeyd edir. Onlar özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa ediblər”.

Tarixə nəzər salanda görürük ki, 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarıb. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxarıb. “BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir”. Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə illərdir ki, beynəlxalq aləmdə, həmsədr dövlətlərin iştirakı ilə danışıqlar aparılsa da, hətta dövlətimizin başçısı İlham Əliyev dəfələrlə qətiyyətli cavablar versə də düşmən öz mənfur niyyətindən əl çəkmir. Özgə torpağından çıxmır, öz bildiyini edir. “Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilmir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər”. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Nə olursa olsun, Azərbaycan dövləti və xalqımız ədalətin qalib gələcəyinə inanır. Çünki, Azərbaycan ən cətin sınaqlardan üzüağ çıxıb, xalqın fədakarlığı və rəhbərinə olan etimadı, xüsusilə dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və cəsarəti ilə qalib  Azərbaycan olacaq. Buna şübhə yoxdur.

Üzeyir Zeynalov,

MDU-nun baş müəllimi,

 

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close