Maraqlı

Azərbacanda ən unutqan insanlar harada yaşayırlar?

“Maxim” taksi sifarişi xidməti taksidə unudulan əşyaların sayını təhlil etdi və itmə barədə müraciətlərin ən çox daxil olduğu şəhərlərin reytinqini tərtib edib

“Maxim” xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Mariya Puxovanın qəzetimizin müxbirinə verdiyi məlumata görə, Azərbaycanda 2019-cu ilin əvvəlindən “Maxim” xidmətinin sərnişinləri taksidə 958 əşya unudublar: “Bu o deməkdir ki, hər gün ölkə daxilində təxminən 5 insan öz əşyalarını avtomobildə yaddan çıxarır. Bununla belə, bəzi şəhərlərdə il ərzində stabil olaraq çoxlu sayda müraciət müşahidə olunur.

Aparılan araşdırma zamanı Bakıda 542, Gəncədə 232, Sumqayıtda isə 183 müraciət qeydə alınıb. Maraqlıdır ki, əşyalar ən çox may ayında unudulur. Bu göstəricini fevralda olan ən aşağı göstərici ilə müqaisə etsək, fərq 2 dəfə olacaq. Ola bilsin ki, bu, istirahət mövsümünün mayda başlaması ilə bağlıdır, çünki insanlar daha az diqqətli olurar”.

“Mariya Puxova bildirir ki, Maxim” xidmətinin istifadəçiləri taksidə ən çox telefonları, sənədləri, açarları, çantaları unudurlar. Qeyri-adi tapıntılar da olur. Məsələn, Bakıda sərnişinlər termos unudublar, Sumqayıtda isə uşağı taksidə yaddan çıxarmışdılar. Uşaq yatırdı, sürücü isə onu valideynləri avtomobildən artıq uzaqlaşdıqdan sonra gördü. Sürücü zəng etdikdən sonra onlar uşağı dərhal götürdülər.

“Maxim” xidmətinin qaydalarına görə taksidə yaddan çıxarılan əşyalar sahibinə qaytarılmalıdır. Sərnişin və sürücü bunu necə edəcəklərini özləri razılaşdırırlar. Xidmətin əks əlaqə sistemi onlara bir-biri ilə tez bir zamanda əlaqə saxlamağa imkan verir. Səfərdən sonra bir gün ərzində sərnişin sürücüyə “Maxim” mobil tətbiqində yaza, ya da zəng edə bilər. Analoji imkan Taxsee Driver sürücü mobil tətbiqində də var. Daha çox vaxt keçibsə, mobil tətbiqlərdə istifadəçilər ofis üçün öz müraciətlərini saxlaya bilərlər ki, menecerlər məsələnin həllini tapmağa kömək etsinlər.

Tag
Daha çox

Oxşar yazılar

Close