MÜSTƏQİL AUDİTORUN HESABATI
“AZƏRKABEL” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə
Rəy
- Biz, “AZƏRKABEL” ASC-nin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, məcmu gəlirlər haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.
Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.
Rəy üçün əsaslar
- Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Fəaliyyətin fasiləsizliyinə dair əhəmiyyətli qeyri-müəyyənlik
Biz diqqəti “AZƏRKABEL” ASC-nin maliyyə hesabatlarına dair izahedici qeydlərində olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı şirkətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəltmək istərdik. İzahedici qeydlərdə hazırki şəraitdə “AZƏRKABEL” ASC-nin öz fəaliyyətinin fasiləsizliyini təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması göstərilmişdir. Bu şəraitlə əlaqədar biz öz mülahizələrimizə dəyişikliklər etməmişik.
Əsas audit məsələləri
- Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə hesabat dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
- Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
- Bizim məqsədimiz təqdim edilmiş maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
“Azəri-Audit Auditor” firmasının
direktor-auditoru Fuad Namazəliyev
Bakı, Azərbaycan Respublikası
10 may 2022-ci il № cDDiceok36
“AZƏRKABEL” ASC | ||||
Mühasibat balansı | ||||
31 dekabr 2021-cİ il tarixinə | ||||
(manatla) | ||||
Bölümün, maddənin №-si | Hesabın № si | 2021 | 2020 | |
AKTİVLƏR | ||||
1 | Uzunmüddətli aktivlər | |||
10 | Qeyri – maddi aktivlər | 19 | ||
11 | Torpaq,tikili və avadanlıqlar | 17 | 336614 | 364946 |
12 | Daşınmaz əmlaka investisiyalar | |||
13 | Bioloji aktivlər | |||
14 | Təbii sərvətlər | |||
15 | İştirak payı ilə uçota alınmış investisiyalar | |||
16 | Təxirə salınmış vergi aktivləri | 8 | ||
17 | Uzunmüddətli debitor borclar | 10 | 2276640 | 2276640 |
18 | Sair uzunmüddətli maliyyə aktivləri | 11 | ||
19 | Sair uzunmüddətli aktivlər | 11 | 585673 | 585673 |
CƏMİ UZUNMÜDDƏTLİ AKTİVLƏR | 3198927 | 3227259 | ||
2 | Qisamüddətli aktivlər | |||
20 | Ehtiyatlar | 18 | 655321 | 655321 |
Hazır məhsul | ||||
Mal-material | ||||
Gələcək dövrün xərcləri | 283923 | 283923 | ||
Alınmış qiymətlilər üzrə ƏDV | 98740 | 98620 | ||
Sair ehtiyatlar | ||||
21 | Qısamüddətli debitor borcları | 10,13 | 1478 | 1478 |
22 | Pul vəsaitləri və onların ekvivalentləri | 9 | 14002 | 13059 |
23 | Sair qısamüddətli maliyyə aktivləri | 12 | ||
24 | Sair qısamüddətli aktivləri | 24 | 1803534 | 1841844 |
Vergi debitor borcu artıq ödəmə | ||||
İl ərzində zərər | 11608 | |||
Gələcək dövrün xərcləri | ||||
Avans ödəniş | ||||
Keçmiş illərin zərəri | 1803534 | 1830236 | ||
Sair | ||||
CƏMİ QISAMÜDDƏTLİ AKTİVLƏR | 2856998 | 2894245 | ||
CƏMİ AKTİVLƏR | 6055925 | 6121504 |
KAPİTAL VƏ ÖHDƏLİKLƏR | ||||
3 | Kapital | |||
30 | Ödəniş nominal (nizamnamə)kapitalı | 20 | 868904 | 868904 |
31 | Emissiya gəliri | |||
32 | Geri alınmış kapital (səhmlər) | |||
33 | Kapital ehtiyatları | 20 | ||
Ehtiyat kapitalı | ||||
Əlavə kapital (yenidən qiymətləndirmə)İqtisadi İnkişaf Nazirliyinin sərəncamı əsasında | ||||
İsteklak fondları | 1921855 | 1921855 | ||
34 | Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) | |||
CƏMİ KAPİTAL | 2790759 | 2790759 | ||
4 | Uzunmüddətli öhdəliklər | |||
40 | Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər | 2070044 | 2107044 | |
41 | Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər | |||
42 | Təxirə salınmış vergi öhdəlikləri | |||
43 | Uzunmüddətli kreditor borcları | 863373 | 856947 | |
44 | Sair uzunmüddətli öhdəliklər | 15 | ||
CƏMİ UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR | 2933417 | 2963991 | ||
5 | Qısamüddətli öhdəliklər | |||
50 | Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər | |||
51 | Qisamüddətli qiymətləndirilmiş öhdəliklər | |||
52 | Vergi və sair məcburi ödəniçlər üzrə öhdəliklər | 22978 | ||
53 | Qısamüddətli kreditor borcları | 14 | 10470 | 10470 |
54 | Sair qısamüddətli öhdəliklər | |||
Təhtəl hesab şəxslərə borclar | 267658 | 292658 | ||
Sair | 53621 | 40648 | ||
CƏMİ QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR | 331749 | 366754 | ||
CƏMİ ÖHDƏLİKLƏR | 3265166 | 3330745 | ||
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR | 6055925 | 6121504 |
Mənfəət və zərər haqqında hesabat
(xərclərin funksiyaları üzrə) |
||||
31 dekabr 2021-ci il | ||||
(manatla) | ||||
Bölümün, maddənin №-si | Hesabın №-si | 2021 | 2020 | |
60 | Əsas əməliyyat gəliri | 4 | 149088 | 967400 |
70 | Satışın maya dəyəri | 7 | 108761 | 979009 |
Əmək haqqı | 40426 | 76702 | ||
Amortizasiya | 28332 | 31217 | ||
Mal-material | 788065 | |||
Elektrik enerjisi | 20918 | |||
DSMF | 7687 | 15655 | ||
Bank xidməti | 11349 | 46452 | ||
Sair xərclər | 20967 | |||
Ümumi mənfəət | 40327 | -11609 | ||
61 | Sair əməliyyat gəlirləri | 6 | ||
71 | Kommersiya gəlirləri | |||
72 | İnzibati xərclər | |||
73 | Sair əməliyyat xərcləri | 5,21 | ||
62 və 74 | Fəaliyyətin dayandırılmasından mənfəətlər (zərərlər) | |||
Əməliyyat mənfəəti və zərəri | ||||
63 və 75 | Maliyyə mənfəəti (zərəri) | |||
81 | Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay | 811 | ||
Vergiqoyulmadan əvvəl mənfəət (zərər) | 40327 | -11609 | ||
90 | Mənfəət vergisi | 901 üstəgəl 902 | 2016 | |
Adi fəaliyyətdən mənfəət və zərər | ||||
67 və 76 | Fövqəladə mənfəət (zərər) | 641 çıxılsın 761 | ||
80 | Hesabat dövründə xalis mənfəət (zərər) | 801=hesablama | 38311 | -11609 |
Bazis hər bir səhmin mənfəəti | hesablama | |||
Qaytarmış hər bir səhmin mənfəəti | hesablama |
Xərclərin xüsusiyyətləri üzrı təsnifat əsasında əməliyyat xərcləri haqqında | ||||
MƏLUMAT | ||||
Bölümün, maddənin №-si | Hesabın №-si | 2021 | 2020 | |
Hazır məhsul və bitməmi. istehsal ehtiyatlarındakı dəyişikliklər | Son qalıqları çıxılsın ilkin qalıqları | |||
Müəssisə tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər | 103və113nömrə-lihesabların debetləri | |||
İstifadə edilmiş material ehtiyatları | 201 №-li hesabın krediti üzrə dövriyyə | 788065 | ||
İşçi heyəti üzrə xərclər | 533 №-li hesabın krediti üzrə dövriyyə | 40426 | 76702 | |
Amortizasiya xərcləri | 102,112,122,132,142 №-li hesabların krediti üzrə dövriyyə | 28332 | 31217 | |
73 | Sair əməliyyat xərcləri | 731 | 40003 | 83025 |
Cəmi əməliyyt xərcləri | 108761 | 979009 |
RƏHBƏR
BAŞ MÜHASİB
Şərhlər bağlıdır.