Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr genişlənir
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Professor-Doktor Ayfer Gedikli ilə görüşüb
2-4 iyunda keçirilən Incsos Qarabağ Beynəlxalq Sosial Elimlər Konqresi tur cədvəli çərçivəsində Türkiyə Respublikası Düzcə Universiteti Siyasi Elmlər Fakültəsinin dekanı, Professor-Doktor Ayfer Gedikli Azərbaycanda qonaq olub. Ayfer Gedikli iyunun 3-də Bərdə Regional Mədəniyyət İdarəsində olub. Görüş çərçivəsində o, Bərdə Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə yaxından tanış olub və əməkdaşları ilə görüşərək öz təəssüratlarını bölüşüb.
Regional idarənin rəisi Vəsilə Möhsümova Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və mədəni əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb. Görüşdə, həmçinin mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, regionda mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi, mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi müzakirə olunub. Daha sonra Ayfer Gedikli Vəsilə Möhsümova ilə birgə Bərdə və Mingəçevir şəhər mədəniyyət müəssisələrini gəzib. O, gələcəkdə mədəniyyətin bütün sahələrində qarşılıqlı sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb: “Qarşılıqlı əməkdaşlığımız gələcəkdə regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsinə böyük töhfə verəcək”.
Şərhlər bağlıdır.