Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə gənclərin inkişafına yönəlmiş “Uğur yolu – Uğuru birlikdə izləyək!” adlı layihə uğurla həyata keçirilib.
Layihə çərçivəsində MOOC.ORG platformasından əldə edilən “Uğurun öyrənilməsi” adlı şəxsi inkişaf kursu Azərbaycan dilinə tərcümə olunaraq YouTube üzərindən ödənişsiz şəkildə geniş auditoriyaya təqdim edilib. Kurs əsasında hazırlanan 6 videoməzmun gənclərin maariflənməsinə xidmət etməklə yanaşı, onların şəxsi inkişaf istiqamətində yeni bilik və bacarıqlar əldə etməsinə imkan yaradıb.
Layihə çərçivəsində təşkil olunan təlimlərdə 100-dən çox gənc bu videomaterialları öyrənərək faydalı məlumat və praktiki biliklər əldə ediblər. Təlimlər gənclərin müasir dövrdə şəxsi inkişafın əsas prinsiplərini mənimsəməsinə, həmçinin onların gələcəkdə daha uğurlu karyera qurmasına dəstək olub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi bu layihənin rəhbəri Kürdəmir şəhəri T. İsmayılov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aysel Bayramova olub. Layihə göstərir ki, gənclərin şəxsi inkişafına yönəlmiş maarifləndirici təşəbbüslər onların biliklərini zənginləşdirməklə yanaşı, müasir dünyada rəqabət qabiliyyətli olmalarına da mühüm töhfə verir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.