Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Əsrimizin peşəsi – danışır gənclər!” adlı layihə uğurla həyata keçirilib.
Layihə çərçivəsində müasir sahələr üzrə tanınmış mütəxəssislərin iştirakı ilə 5 podkast buraxılışı hazırlanaraq YouTube platformasında geniş auditoriyaya təqdim olunub. Müasir dövrdə gənclərin qısa və interaktiv məzmun vasitəsilə bilik əldə etməsinə dəstək olmaq məqsədilə hazırlanan bu podkastlar brend strategiyası, məzmun yaradıcılığı, rəqəmsal marketinq və digər innovativ ixtisaslarla bağlı faydalı məlumatları əhatə edib.
Layihənin əsas məqsədi gənclərin əmək bazarında tələbatı artan yeni peşələrlə tanışlığını artırmaq, onların müasir bilik və bacarıqlarını inkişaf etdirməkdir. Podkast buraxılışları yalnız nəzəri məlumat verməklə kifayətlənməyib, həm də real təcrübə və tövsiyələr əsasında gənclərin gələcək karyera seçimlərinə dəstək olmağa xidmət edib.
Bu layihə yüzlərlə gəncin yeni peşələr barədə məlumat əldə etməsinə, onların innovativ sahələrə marağının artmasına və müasir əmək bazarının tələblərinə uyğun istiqamətlənməsinə şərait yaradıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi bu təşəbbüs, həmçinin gənclərin peşəkar inkişafına yönəlmiş layihələrin reallaşdırılması üçün nümunəvi model hesab olunur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.