Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı

20 aprel 2022-ci ildə Qırğızıstan Respublikasının Prezidenti Sadir Japarovun Azərbaycana rəsmi səfəri zamanı iki ölkə arasında on sənəd imzalanmışdır.Bu sənədlər arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir.

Qırğızıstanla Azərbaycan Respublikaları həmişə beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləyirlər.Qoşulmama Hərəkatı, BMT, ATƏT, İƏT, Türk Dövlətləri Təşkilatı, ECO buna bariz nümunədir. Azərbaycanın nəqliyyat infrastrukturu Qırğızıstan üçün həmişə açıqdır.

İstər enerji sektorunda, istər sə də kənd təsərüfatı sahəsində Azərbaycan şirkətləri üçün Qırğızıstan həmişə maraqlı tərəfdaşdır.

Xalqlarımızın ortaq mədəni və tarixi irsləri humanitar sahə üçün mühüm əhəmiyyətə malikdir.Bu mənada növbəti ildə Şuşa şəhərinin Türk dünyasının mədəni paytaxtı elan olunmasını Qırğızıstan dəstəkləmişdir.

 

FHN Aran Regional Mərkəzi Maarifləndirmə sektoru

Şərhlər bağlıdır.