Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə layihə uğurla həyata keçirildi

2

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə gənclərin layihə yazma bacarıqlarının inkişafına yönəlmiş “Onlayn Layihə Məktəbi” adlı layihə uğurla həyata keçirilib.

Layihə çərçivəsində 5 moduldan ibarət video-dərslər hazırlanaraq YouTube üzərindən ödənişsiz şəkildə geniş auditoriyaya təqdim olunub. Dərslərdə layihənin yazılması, icra planının tərtibi, büdcənin hazırlanması, qiymətləndirmə mexanizmləri və layihə idarəçiliyi mövzularında praktiki biliklər gənclərə çatdırılıb.

Hazırlanan video-dərslər ölkənin müxtəlif bölgələrindən olan gənclər üçün əlçatan tədris resursu rolunu oynayıb və onların maariflənməsinə mühüm töhfə verib. Layihənin nəticəsi olaraq yüzlərlə gənc video-dərsləri izləyərək faydalanıb, iştirakçılar isə layihə yazmaq və idarəetmə bacarıqlarını əhəmiyyətli dərəcədə gücləndiriblər.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi bu təşəbbüs gənclərin praktiki bilik və bacarıqlarının artırılmasına yönəlmiş uğurlu model kimi qiymətləndirilə bilər. Layihənin rəhbəri Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantı Ramil Nəcəfov olub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.