Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycanın səsi Zülfü Əsədzadə – VİDEO

Zülfü Əsədzadə facebook sosial şəbəkəsində ona dəstək olanlara təşəkkür edib.

247

Mi-news.az məlumat verir ki, İTV-də yayımlanan “Səs Azərbaycan – Doğma mahnılar” layihəsinin qalibi Zülfü Əsədzadə facebook sosial şəbəkəsində ona dəstək olanlara təşəkkür edib. Onun paylaşımını olduğu kimi təqdim edirik.

“Dünəndən bugünə kimi məni tanıyan, tanımayan insanlardan o qədər xoş təbriklər alır, gözəl sözlər eşidirəm ki, həqiqətən var olun hər biriniz. Çox dəyərlidir mənim üçün və qiymətlidir. Səslərinizi halal edin çünki bu qalibiyyət sizlərin zəhmətidir!

“İctimai kanalın” rəhbəri Balaş müəllim başda olmaqla, bu layihənin ərsəyə gəlməsində əməyi olan, əziyyətimizi çəkən hər kəsə dərin minnətdarlığımı bildirirəm!  Dəyərli münsiflərimiz, İlqar müəllim, Samirə xanım, sevimli aparıcımız əziz Azər bəy, təşəkkür edirəm hər birinizə!

Yarışma sayəsində o qədər gözəl insanlar tanıdım, dostlar qazandım ki, onlardan da biri və birincisi, bizim gözəl sənətkarımız, əziz, Gülyaz xanım oldu.

Hələ ilk turda, “görmədən seçimlərdə” ürəyimin səsinə qulaq asıb Gülyaz xanımın adını çəkdim, komandasına qoşuldum. Ürəyimin səsi, Gülyaz xanımın sonacan mənə olan inamı bizi uğura səslədi, qalib etdi. Çox sağolun hər şeyə görə dəyərli Gülyaz xanım!

Əslində ürəyim dolu, təşəkkürlərim isə çoxdur. Ən böyük təşəkkürüm isə mənim üzərimdə əziyyəti olan, 11 yaşımdan mənə sənətin incəliyini öyrədən, düzgün musiqi ilə məni yoğuran, boğazıma boğaz qatan, ustadım Aybəniz xanım Haşımovayadır. Haqqınızı halal edin əziz müəlliməm!

2012-dən bəri, mənə vokalın sirrlərini öyrədən, üzərimdə çox əziyyəti olan dəyərli pedaqoq, “Əməkdar Artist” Əliəhməd İbrahimova sonsuz təşəkkür edirəm!

Yarışma artıq bitdi, xatirələri isə bir ömür yaddaşlarda qalacaq!”

Qeyd edək ki, Zülfü Əsədzadə əməkdar artist Aybəniz Haşımovanın yetirməsidir və o uzun illər “Bülbüllər” qrupunda ifa edib.

Şərhlər bağlıdır.