Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” müsabiqəsinin “Gənc İstedad” qrant istiqaməti üzrə qalib olmuş “ART LİNE” layihəsi uğurla yekunlaşdı.

96

“ART- LİNE” layihəsinin rəhbəri Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Nərgiz Rüstəmova layihənin faydalılığından danışıb. Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etmək həmçinin, onların yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, dil biliklərini, natiqlik qabiliyyətlərini və özünü ifadə bacarıqlarını yüksəltmək məqsədi ilə hazırlanan layihənin məqsədinə çatdığını bildirib. Belə ki, layihəyə cəlb olunan gənclər bir neçə bədii əsərləri birlikdə mütaliyə edərək bir neçə əsələri səhnələşdirməyi planlaşdırdığını qeyd edib. N. Rüstəmova layihənin davamlılığı olaraq gənclərin aprel, may aylarında iki tamaşanı səhnələşdirmək üçün məşqlərini davam etdirdiklərini bildirib.

Gənclər Fondunun dəstəklədiyi “ART-LİNE” layihəsində iştirak edən gənclər sonda sertfikatlarla təltif ediliblər.

Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İdeyanı Reallaşdır 2022” ​qrant müsabiqəsi “VətənimİZ”, “İnnovativ Gənclik”, “Gəncdən Gəncə”, “Gənc İstedad”, “Gənclər Məkanı”, “Gənc Lider”, “Azərbaycan Könüllüsü” və “Tələbə Təşəbbüsü” qrant istiqamətləri üzrə aparılıb və, 178 layihənin maliyyələşdirilməsinə qərar verilib.

Şərhlər bağlıdır.