Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ayıl, Ermənistan, ayıl!

Azərbaycan iqtisadi sahədə necə deyərlər “iri” addımlarla irəlləyir. Həm neft sahəsində, həm də qeyri neft sahəsində ölkəmiz çox mühüm nailiyyətlər əldə edib.

Ölkənin valyuta ehtiyatı, müharibədən çıxmasına baxmayaraq, artıb. Azərbaycanın xarici ticarət balansı artmaqda davam edir. Yəni ölkə üçün ixrac idxalı üstələyib. Bunun nəticəsidir ki, manatın məzənnəsi bu günə qədər sabit olmaqda davam edir. Ölkəyə çoxlu xarici investor cəlb olunub. Bu ilin dövlət büdcəsi təxminən 30 milyard manatla hesablanacaq. Vergi yığımı tam şəffaflıqla həyata keçirilir. İşçilərin əmək haqları, pensiyalar, təqaüdlər, sosial müavinətlər artırılır.

Aqrar islahatların səmərəliliyi ölkədə kənd təsərrüfatının dinamik inkişafını tənzimləyir. Azad olunmuş torpaqlarda geniş miqyaslı təsərrüfat işləri aparılır. Bütün bunlardan ruhlanan fermerlərə subsidyalar verilir ki, bu da biznes mühitinə çox müsbət təsir göstərir.

Ölkədə şəhid ailələrinə və qazilərə mənzillər və fərdi evlər, avtomobillər bağlışlanır. Bu da dövlətin öz şəhid və qazilərinə olan rəğbətinin nümunəsidir.

Yol infrastrukturu inkişaf edir. 100 kilometrlərlə yeni yollar çəkilib.

Bütün bunları gözü götürməyən mənfur ermənilər orada işləyən vətəndaşlarımıza zaman-zaman atəşlər açırlar. Nə qədər mədəni irsimiz məhv olub. Hətta vəziyyət o yerə çatmışdır ki, ermənilər məscidlərə donuz bağlamaqdan belə çəkinmirdilər. Bəs bunu dünya ictimaiyyəti niyə görmürdü?!  Bəs buna niyə dünya ictimaiyyəti öz münasibətini bildirmirdi?! Bütün bunlara baxmayaraq, Şuşada, Ağdamda, Zəngilanda, Hadrutda və başqa yerlərdə neçə-neçə məsçidlərin təməli qoyulub.

Azad olunmuş torpaqlarda aparılan işlərin şəffaf görülməsi günümüzün prioritet məsələsidir. Neçə-neçə şəhidin qanı bahasına alınan torpaqların abadlaşdırılmasında korrupsiya və rüşvətxorluğa heç cür yol verilməməlidir. Bu işdə ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Bütün bu işlərdə kadrlardan düzgün istifadə olunmalıdır. Azad olunmuş torpaqlarda xidmət edən hərbi qulluqçuların şəraitləri çox yüksək səviyyədə olmalıdır.

Bu gün Ermənistanda revanşis qüvvələr yenidən müharibəni qızışdırmaq istəyirlər. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin dediyi kimi, onlar dəmir yumruğu yaddan çıxarmamalıdırlar. Ermənistanın sülh müqaviləsi bağlamaqdan başqa ayrı yolu yoxdur. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dediyi kimi, Ermənistan tərəfindən müharibənin yenidən başlanması onların intiharı olardı.

Azərbaycan artıq o ölkə deyil ki, onunla ultimatum dilində danışılsın.

Ayıl, Ermənistan, ayıl!

Sülh əslində bizdən çox sizə lazımdır.

 

Aran Regional Mərkəzinin

Maarifləndirmə sektoru

 

Şərhlər bağlıdır.