Aydın Mirzəzadə:”İnsanlar qaldırdıqları məsələlərin istiqamətini dəyişirlər”
Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevirdə növbəti dəfə seçiciləri ilə görüşüb. Qəbula 40-a yaxın seçici gəlib. Onların hamısını qəbul edən millət vəkili
qıbuldan sonra verdiyi açıqlamada bildirib bu dəfə müraciətlərin mövzusunda müəyyən qədər dəyişiklər var: “Əvvəllər insanlar müalicə, pensiya və yaxud da işlə bağlı müraciət edirdilər. İndi belələrinin sayı həddindən artıq azalıb. Sadəcə indi seçicilərim daja çox şəxsi xarakterli məsələlərlə əlaqədar yanıma gəlirlər. Qəbul etdiyim hər bir insana müvafiq izahat verdim, bir neçəsinin məsələsi ilə bağlı istiqamət göstərdim, bir neçəsi ilə bağlı idarələrə zənglər etdim. Yəni ildən-ilə insanlar qaldırdıqları məsələlərin istiqamətini dəyişirlər. Bu da ondan irəli gəlir ki, son dövrlərdə iş yerlərinin sayı artıb, insanlar öz hüquqlarını daha yaxşı bilməyə başlayıblar. Onu da deyim ki, indi idarələrdə onlara qarşı bürokratik əngəllər də xeyli azalıb. Çox sevindirici haldır ki, insanlar bu və ya digər məsələ qaldıranda onunla bağlı məlumatlı olduqlarını və yaxud da hansısa bir məsələdə çətinlik çəkdiklərini də söyləyirlər”.
Milli Məclisin deputatı daha sonra deyib ki, seçiciləri ilə görüşləri təkcə qəbul günlərinə aid deyil: “Seçicim mənə demək olar ki, günün istənilən vaxtında zəng edir. Mən də onları məmuniyyətlə dinləyir və bəzi problemlərini elə həmin gün həll etməyə çalışıram”.
İki gün Mingəçevirdə olan Millət vəkilib İcra Hakimiyyətinin və şəhərin müxtəlif idarələrinin rəhbərləri ilə görüşüb, Mingəçevirlə bağlı onlarla fikir mübadiləsi aparıb.
Şərhlər bağlıdır.