Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Avtobuslarda və mağazalarda tibbi maskadan istifadə etməyən şəxslər müəyyənləşdi

Bu gün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda reyd keçirib və tibbi maskadan istifadə etməyən şəxsləri müəyyənləşdirib. Şəhərdaxili marşrut avtobuslarında fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyənlərə karantin rejiminin qaydaları izah olunub, barələrində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol yazılıb və cərimə tətbiq edilib.

Reyd mağazalarda da davam etdirilib. Burada da tibbi maskadan istifadə etməyən  satıcı və müştərilər aşkar olunub. Onların haqqında da qanuna müvafiq tədbirlər görülüb.

Şərhlər bağlıdır.