Avropaya rahatlıqla səyahət edə biləcəyik. Çünki gözlədiyimiz gün gəldi
Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda COVİD-19 əleyhinə peyvənd olunanların narahatlığına artıq son qoyulub. Ümumdünya Səhiyyə Təşkilatı iyunun 1-də “Sinovac-CoronaVac” COVID-19 peyvəndini fövqəladə hallarda istifadə üçün təsdiq edib. Bu, peyvəndin beynəlxalq təhlükəsizlik, effektivlik və istehsal standartlarına cavab verməsinin göstəricisidir. Bu, həm də o deməkdir ki, indidən sonra hər iki dozanı qəbul edib, vaksin pasportu əldə edən azərbaycanlılar da dünyanın əksər ölkələrinə, o cümlədən Avropaya rahatlıqla səyahət edə biləcəklər.
İndiyə qədər ÜST tərəfindən “Pfizer/BioNTech”, “Astrazeneca-SK Bio, Serum Institute of India”, “Astra Zeneca EU”, “Janssen”, “Moderna” and “Sinopharm” peyvəndləri fövqəladə hallarda istifadə üçün təsdiqlənmişdi.
Şərhlər bağlıdır.