Cəmiyyət

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən dinc əhaliyə ilkin təcili yardım göstərir

lkin olaraq 500.000 Avro məbləğində vəsait, Aİ-nin Beynəlxalq Qızıl Xaç Komitəsi kimi humanitar sahədəki tərəfdaşlarına döyüşlərdən zərər çəkən əhaliyə dərhal yardım göstərməsinə kömək edəcəkdir

Dağlıq Qarabağ münaqişə zonasında döyüşlər başladıqdan sonra, Aİ təmas xəttinin hər iki tərəfində münaqişədən əziyyət çəkən dinc əhaliyə təcili humanitar yardım ayıracağını elan etdi. Ayrılan maliyyə vəsaitləri ilə tibbi yardım göstəriləcək, tibb avadanlığı, ərzaq paketləri təmin ediləcək və bir neçə min insana digər şəkildə təcili yardım göstəriləcəkdir. Böhran İdarəçiliyi məsələləri üzrə Komissar Janez Lenarčič demişdir: “Dağlıq Qarabağ münaqişə zonasında artıq vətəndaş həyatı qurban verildi. Beynəlxalq humanitar hüquqlara hörmət göstərilməli, dinc əhali və infrastruktur qorunmalıdır. Aİ şiddətdən zərər çəkən bütün insanlarla həmrəydir və insanlar əziyyət çəkməyə davam edərsə, əlavə humanitar yardım göstərməyə hazırdır.”

İlkin olaraq 500.000 Avro məbləğində vəsait, Aİ-nin Beynəlxalq Qızıl Xaç Komitəsi kimi humanitar sahədəki tərəfdaşlarına döyüşlərdən zərər çəkən əhaliyə dərhal yardım göstərməsinə kömək edəcəkdir. Aİ-nin ayırdığı bütün humanitar maliyyə yardımı insanlıq, bitərəflik, qərəzsizlik və müstəqillik kimi humanitar prinsiplərə uyğun olaraq göstərilir və beynəlxalq təşkilatlar, BMT agentlikləri və QHT-lər vasitəsilə çatdırılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close