Atiq İbrahimovun məzarı yenə çiçək yağışına büründü
Oktyabrın 17-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov başda olmaqla bir qrup səhiyyə işçisi, o cümlədən şəhidin anası Gülüş İbrahimovanın çalışdığı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları xiyabanda uyuyan şəhid Atiq Ariz oğlu İbrahimovun şəhadətə qovuşmasının bir illiyi münasibətilə məzarını ziyarətə gəliblər. Ziyarətçilər məzar önünə əklil qoyub, onu çiçək yağışına bürüyüblər. Azərbaycan Ordusunun Zəfər yürüşündə nümayiş etdirdiyi qəhrəmanlıqdan danışan anım tədbiri iştirakçıları taqım komandiri kimi döyüşlərin fəal iştirakçısı olmuş Atiq İbrahimovun xidmətlərindən söhbət açıblar. Bundan sonra ziyarətçilər xiyabanda uyuyan digər şəhidlərin xatirəsinə də ehtiramlarını nümayiş etdiriblər.
Atiq İbrahimov Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şərhlər bağlıdır.