Azərbaycan Respublikasnının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər.
Bu barədə ATƏT-in yaydığı bəyanatda qeyd edilir.
Bildirilir ki, görüşdə həmçinin xarici işlər nazirləri – Elmar Məmmədyarov, Zohrab Mnaçakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib.
Источник: oxu.az
Şərhlər bağlıdır.