Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Asayiş keşikçiləri peşə bayramını qeyd etdilər

Azərbaycan Polisi günündə Mingəçevir Polis Şöbəsinin şəxsi heyəti və şəhər ictimayyətinin nümayəndələri ümummilli liderin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar. Mingəçevir Polisinin rəisi, polkovnik Ələsgər Bədəlov Azərbaycan polisinin 95 illik tarixindən, keçdiyi inkişaf yolundan söz açıb, daxili işlər orqanları əməkaşlarının asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətlər göstərdiyindən danışıb. Ə.Bədəlov qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazası ilbəil möhkəmləndirilərək, müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb: “Polis əməkdaşlarının sosial müdafiəsi üçün də mühüm addımlar atılıb. Dövlətçiliyimizə sədaqətlə xidmət edən Azərbaycan polisi bu gün də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir”.
Hüquq-mühafizə orqanlarının rəhbərləri, polis veteranları da çıxış edərək gənc polislərə tövsiyələrini veriblər. Peşə bayramı münasibəti ilə asayiş keşikçlərini təbriklərini çatdıran Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir qrup polis əməkdaşına və polis veteranına fəxri fərman və hədiyyələri təqdim edib.

Şərhlər bağlıdır.