“Asan xidmət”in qış səfəri
Səyyar “Asan xidmət” fevralın 1-dən başlayaraq Mingəçevir şəhərində vətəndaşlara xidmət göstərir. Mart ayının 1-dək davam edəcək xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Səyyar xidmətdə vətəndaşlara notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi , sürücülük vəsiqələrini dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Daşınmaz əmlakın təsvirinə,dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reystrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alnması barədə çıxarışların, texniki pasportların verilməsi kimi xidmətlər daxildir.
Səyyar “Asan xidmət”in Mingəçevirdəki qış səfərindən məmnunlunu bildirən şəhər sakinləri fikirlərini bizimlə bölüşdülr. Validə Ağayeva deyir ki, ilk dəfədir bu xidmətə müraciət edib: “Xarici pasport düzəltmək üçün müraciət etmişəm. Düzü ilk dəfə olduğu üçün çox həyacanlı idim ki, görəsən necə qarşılayacaqlar, işim asanlıqla alınacaqmı? Amma içəri girən kimi məni elə mehribanlıqla qarşıladılar ki, bütün beynimdəki suallar bir anlıq yox oldu. Sənədimin asanlıqla düzəldilməsinə nail oldum”.
Zamin Əhmədov da burada şəxsiyyət vəsiqəsini asanlıqla əldə ed bildiyindən danışdı: “Adından “Asan xidmət” olduğunu bilirdim. Amma bu qədər də asanlıqla işimin düzələcəyinə inanmazdım”.
Digər vətəndaşlar – Sevda Dəmirova, Məhəbbət Abdurəhmanova da “Asan xidmət”də rüsumların büdcələrinə uyğun olduğunu deyirlr. Əjdər Məmmədov isə deyir ki, həmişə TV-dən izlədiyi “Asan”ın insanlara göstərdiyi xidmətin bu gün canlı şahidi olub.
Şərhlər bağlıdır.