Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Asan Peşə”də yol hərəkəti qaydaları izah olunub

Mingəçevir “Asan Peşə” Təhsil Mərkəzində yol hərəkəti qaydalarının təbliği ilə bağlı uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək üçün tələbə və müəllimlərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Peşə məktəbinin direktoru İlham İlyasov deyib ki, məqsəd baş verə biləcək yol qəzalarında uşaq və yeniyetmə gənclərin ölüm və xəsarət alma hallarının sayını  sıfıra endirməkdir. Bununla bağlı yeniyemə gənclərə ətraflı məlumatlar verilib.

Mingəçevir Polis şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov gənclərə  piyada keçidlərindən istifadə etməyi, işıqfordan keçərkən diqqətli olmağı tövsiyə edib, məsləhətlərini verib. O, həm də qeyd edib ki, müəllimlər yollarda təhlükəsizliklə bağlı şagirdlərlə söhbətlər aparmalıdırlar.

Tədbir zamanı yol-nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlardan bəhs edən videoçarxlar nümayiş olunub. Görüntülər əsasında şagirdlərlə yol polisləri arasında maraqlı diskussiya təşkil edilib. Mövzu ətrafında məkəbin müəllimlərindən Lalə Zöhrabzadə, Şahənə Rüstəmova, tələbə Şəhriyar Mirzəyev çıxış ediblər. Xətai Məmmədov tələbələrin suallarına aydınlıq gətirib.

Şərhlər bağlıdır.