Azərbaycanın müstəqil, özəl və internet televiziyalarından biri – “Aran” Media Qrupuna daxil olan “ARAN” internet televiziyası 2015–ci il fevralın 14-də təsis edilib. Fasiləsiz olaraq fəaliyyət göstərən TV ötən 7 ildə internet vasitəsilə onlayn xəbər xidməti göstərib və ictimai-siyasi, iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayıb.
İnternet televiziya abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, foto və videogörüntülər, həftəlik və aylıq təhlillər, statistik məlumatlar, proqnozlar, xüsusi fotosessiyalar da təqdim edir. “Region saatı”, “NişənəGah” adlı verilişləri ilə kifatət qədər tamaşaçı qazana bilən İnternet TV-nin yaradıcı heyəti hazırda yeni layihələr üzərində çalışır. .
Bu gün “ARAN”ın 7 yaşı olub. Bu münasibətlə həm “ARAN”ı ərsəyə gətirənləri, həm də onun tamaşaçılarını təbrik edirik. Tamaşaçı sevgisindən güc alan kollektiv 2022-ci ildə də yeni uğurlara imza atmaq niyyətindədir. Gününüz mübarək, dostlar!
Şərhlər bağlıdır.