Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ukrayna hələ də Bayden administrasiyasının vəd etdiyi maliyyə yardımını almayıb

Vaşinqtonun yardımı enerji obyektlərinin bərpasına yönəldilməli olsa da, bürokratik və diplomatik səbəblər yardımı gecikdirib

116

Ukrayna, keçmiş ABŞ Prezidenti Co Bayden dövründə vəd edilmiş yüz milyonlarla dollar dəyərində maliyyə vəsaitini hələ də əldə etməyib.

“Reuters” agentliyinin adının açıqlanmasını istəməyən Kiyev rəsmisinə istinadən verdiyi məlumata görə, Ukrayna hökuməti Vaşinqtondan gözlənilən maliyyə dəstəyini xatırlatmağın diplomatik gərginlik yarada biləcəyindən ehtiyat edir.

Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dövründə Ukraynanın yardım müraciətlərinə bəzən soyuqqanlı yanaşmalar müşahidə olunub.

Ukraynanın maliyyə yardımı ala bilməməsinin əsas səbəblərindən biri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılmasıdır. Bundan əlavə, Vaşinqton Kiyevə ayrılan vəsaitlərin potensial sui-istifadəsi ilə bağlı narahatlıq bildirib.

Bildirilir ki, Bayden administrasiyasının vəd etdiyi vəsait əsasən Ukraynanın enerji obyektlərinin bərpasına yönəldilməli idi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.