Təbiəti qorumaq üçün sadə addımlar
Dairəvi iqtisadiyyat resursların təkrar istifadəsini təşviq edir. Təkrar emal və kompostlaşdırma ekoloji problemləri həll edir
Təbiətə zərər vuran istehlak
Bəşəriyyət həddindən artıq resurs istehlak edir, təbiətə yük yaradır. Hazırda yaşamaq üçün bizə 1,75 planet lazımdır. 2050-ci ildə üç planet tələb oluna bilər. Təəssüf ki, xətti iqtisadiyyat əşyaları tez bir zamanda tullantıya çevirir. Hər il 6 milyon ton plastik okeanlara atılır. Bu, su mənbələrini ciddi şəkildə çirkləndirir, heyvanlara zərər vurur. 2050-ci ildə okeanlarda plastik balıqdan çox ola bilər. Birdəfəlik plastikdən imtina etmək təbiəti qorumağa kömək edir.
Dairəvi iqtisadiyyatın əhəmiyyəti
Dairəvi iqtisadiyyat resursların təkrar istifadəsini təşviq edir. Təkrar emal və kompostlaşdırma ekoloji problemləri həll edir. Bu, təbiəti qoruyur və tullantıları əhəmiyyətli dərəcədə azaldır. Hər kiçik addım təbiəti xilas etməyə kömək edir. “0 tullantı” prinsipi tullantıları minimuma endirir. Təkrar emal edilmiş kağız qələmlər, pambıq çantalar ekoloji seçimdir. İlk yardım aptekası və yanğın planı təhlükəsizliyi təmin edir. Alkoqolun məhdudlaşdırılması inklüzivliyi artırır. Və nəhayət, qatarlar ən ekoloji nəqliyyat vasitəsidir, karbon emissiyasını azaldır. Avtobuslar tək sərnişinli maşınlardan daha az zərərlidir. Çox sərnişinli avtomobillər tək maşınlardan ekoloji cəhətdən yaxşıdır
Davamlı tədbirlərin təşkili
“Davamlı inkişaf” 1987-ci ildə BMT hesabatında təqdim olunub. 2012 London Olimpiadaları ISO 20121 standartını ilhamlandırıb. Davamlı tədbirlər təbiətə zərər vermədən keçirilməli, iqtisadiyyatı qorumalı, iştirakçıların maraqlarını nəzərə almalı, cəmiyyətə fayda gətirməlidir.
Əgər qapalı zalda tədbir keçirirsinizsə, hər iki saatdan bir havalandırma aparılmalıdır. Çünki CO2 səviyyəsi diqqəti azaldır. Temperatur 20-22 dərəcə, rütubət 40-60 faiz olmalıdır. Ekoloji yuyucu vasitələr və təbii ətirlərdən istifadə edilməlidir. Səs-küy 40-50 desibeldən aşağı saxlanılmalıdır. İnfrastruktur hər kəs (əlillər, yaşlılar, allergiyası olanlar və başqaları) üçün əlçatan olmalıdır.
LOHAS həyat tərzi
LOHAS qrupu sağlamlıq və ekologiyaya əhəmiyyət verən insanlardır. Onlar müasir texnologiyalardan istifadə edir, təbiəti qoruyurlar. Sağlam həyat tərzi və şüurluluq onların əsas xüsusiyyətləridir. Təbiətə maraq və texnoloji biliklər onları fərqləndirir. LOHAS qrupuna qoşulanlar dayanıqlı tədbirləri sayəsində gələcəyə qayğı ilə yanaşır, hər kəs təbiəti qorumaq üçün addım atmağa həvəsləndirir.
Yazının hazırlanması zamanı IBB – Educational Platformanın materiallarından istifadə olunub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.