Bir az da fizika ilə sosial və ictimai münasibətlərimizi işıqlandıraq: İnterferensiya- işıq dalğalarının görüşərkən bir-birini gücləndirməsi və ya zəiflətməsi hadisəsidir. Necə də sadə səslənir deyilmi? İki mənbədən çıxan dalğalar fəzada görüşür, bir-birini ya gücləndirir, ya da zəiflədir. Əslində bu hadisənin mahiyyəti və sirri də elə həmin dalğalardadır. Çünki hər cür mənbədən çıxan dalğalar bu təsiri yarada bilmir. Bu möhtəşəm mənzərəni yaratmaq üçün, əslində dalğalar bir neçə parametrə görə uyğun gəlməlidirlər. Həm də nə zaman gücləndirir, nə zaman zəiflədir, bu da hadisənin daha bir məntiqidir. Bəli, gələk həmin məqama ki, bu təsir və ya effekt, yaxud möhtəşəm interferensiya hadisəsi necə baş verir? Sən demə, yollar fərqi cüt sayda dalğa uzunluğuna bərabər olan və eyni periodlu dalğalar bir-birini gücləndirirmiş, özü də maximum. Bu halda fəzada güclü işıq müşahidə olunur. Yollar fərqi tək sayda dalğa uzunluğuna bərabər olduqda isə, dalğalar bir-birini zəiflədirmiş və fəzada qaranlıq zolaqlar müşahidə olunur. Yəni, bilməmiz gərəkən odur ki, işıq dalğaları da müəyyən parametrlərinə görə uyğun olarsa, bir-birini gücləndirə bilir. Bu dalğaların bir-birini gücləndirməsi üçün onların görüşməsi şərtdir. Düşünürəm ki, insan fikriləri də işıq dalğaları kimidir, təkbaşına bir işə yaramaz. Bu fikirlərin görüşməsi, bir-birini gücləndirməsi lazımdır. lakin bir-birini gücləndirməsi üçün onların bir neçə parametrdə uyğun gəlməsi vacibdir. Bunlar, yəqin ki, müstəqil və obyektiv düşüncəyə sahib olmaqdır. Daha doğrusu, fikirlərin bir-birini gücləndirməsi, beyinlərdə yaxşıya doğru dəyişiklik yaratması üçün insanlarımız beyinlərini eyni periodlu( müstəqil və obyektiv) dalğalara kökləməlidirlər. Ən əsası isə fikirlərini qarşılaşdırmaqdan çəkinməməlidirlər, ta ki, fikirlər interferensiya effekti, yəni max güclü işıq zolaqları yaratsın. Hələ ki, cəmiyyətimizdə qaranlıq zolaqlar çoxdur, orada isə bizə ziyan vuran çoxlu hadisələr baş verir. M. R
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.