Ukrayna hələ də Bayden administrasiyasının vəd etdiyi maliyyə yardımını almayıb
Ukrayna, keçmiş ABŞ Prezidenti Co Bayden dövründə vəd edilmiş yüz milyonlarla dollar dəyərində maliyyə vəsaitini hələ də əldə etməyib. “Reuters” agentliyinin adının açıqlanmasını istəməyən Kiyev rəsmisinə istinadən verdiyi məlumata görə, Ukrayna hökuməti Vaşinqtondan gözlənilən maliyyə dəstəyini xatırlatmağın diplomatik gərginlik yarada biləcəyindən ehtiyat edir. Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dövründə Ukraynanın yardım müraciətlərinə bəzən […]